2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 306,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 48,3% azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
2018-ci ilin yanvar-noyabr aylarında bankların faiz gəlirləri 1 mlrd. 596,6 mln. manat (2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə azalma 7,8% - İF), o cümlədən verilmiş kreditlər üzrə 1 mlrd. 115 mln. manat (azalma 12,9%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 500,1 mln. manat (azalma 42,7%) məbləğində olub.
Yanvar-oktyabr ayları ərzində bankların faiz xərcləri 536 mln. manat (azalma 32,7%), o cümlədən depozitlər üzrə 346,9 mln. manat (artım 0,2%), qeyri-faiz xərcləri 916,7 mln. manat (artım 4,9%) təşkil edib.
11 ayın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 644 mln. manat (azalma 31,1%), mənfəət vergisi üzrə ödənişlər 32,1 mln. manat məbləğində olub. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 303,4 mln. manat yönəldib (azalma 4,2%). Nəticədə, cari ilin yanvar-noyabr aylarında bank sektorunun xalis mənfəəti 306,3 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda bankların xalis mənfəəti 883,6 mln. manat təşkil edib.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət