“SOCAR Turkey Enerji” şirkəti (ARDNŞ-nin törəməsi, SOCAR) 2020-ci ilin birinci yarısında Türkiyədə “Merkuri” neft-kimya kompleksinin təməlini qoymağı planlaşdırır. Bu barədə “SOCAR Turkey Enerji” şirkətinin baş direktoru Zaur Qəhrəmanov məlumat verib.
“2020-ci ilin birinci yarısında yeni müəssisənin təməlini qoymağı planlaşdırırıq. Bu sərmayə, SOCAR-ın digər bütün layihələri kimi strateji əhəmiyyətə malikdir. Müəssisə tamamlanıb fəaliyyətə başladıqdan sonra Türkiyənin Saf Tereftal Turşusu (PTA) idxalı tamamən aradan qaldırılacaq”, - Qəhrəmanov “APA” agentliyinin Türkiyə bürosuna müsahibəsində bildirib.
O xatırladıb ki, yeni kompleks “Petkim” neft-kimya kompleksivə “STAR” NEZ-in yaxınlığında Əliağa rayonunda inşa olunacaq.
“Bu müəssisə də "Star" NEZ-dən və "Petkim"dən tədarük ediləcək xammalın şaquli inteqrasiya ilə istifadəsinə imkan yaradacaq. Əliağadakı ərazimizdə inşa ediləcəyi üçün həm "Petkim", həm də "Star"dan əldə edilən xammal ehtiyatlarına və birgə istifadə olunan infrastruktura çox yaxın olacaq. Bu da, öz növbəsində həm məhsuldarlıq, həm də rəqabət baxımından böyük üstünlük gətirəcək. Bu müəssisənin qurulması ilə "Star" NEZ-in istehsal edəcəyi reformat məhsulu da burada emal olunacaq və əlavə dəyəri yüksək olan neft-kimya məhsullarına çevriləcək”, - Qəhrəmanov qeyd edib.
Onun sözlərinə görə, hazırda "Petkim" Türkiyənin yeganə inteqrasiya edilmiş neft-kimya kompleksidir və bazarın yalnız 20%-ni təmin edə bilir. Yeni kompleksin inşası Türkiyənin neft-kimya məhsulları idxalı etməsini azaltmaq və beləliklə, xarici ticarət kəsirinin azaldılmasına töhfə vermək üçün bu payı artırmağa imkan yaradacaq. **
N.Abbasova
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı cüzi azalıb
Yanvarda sarəhədçilər tərəfindən dövlət sərhədini pоzduqlarına görə 33 nəfər saxlanılıb
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir