Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ildə ani ödənişlər sistemini istifadəyə verməyi planlaşdırır. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“Ödəniş sistemlərinin inkişafı və modernləşdirilməsi, ən yeni texnologiyaların və platformaların, o cümlədən blokçeyn texnologiyalarının tətbiqi Mərkəzi Bankın prioritet istiqamətlərindən biridir. Bütövlükdə, biz bu il belə layihələrə, eləcə də İT infrastrukturuna investisiya qoymaq niyyətindəyik”, - deyə E.Rüstəmov bu gün sahibkarlar və bank sektorunun nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, AMB-nin cari ildə istifadəyə verəcəyi ani ödənişlər sistemi fiziki və hüquqi şəxslərə 7/24/365 rejimində əməliyyatlar həyata keçirməyə imkan verəcək. “Bu sistem həm biznes, həm də banklar üçün faydalı olacaq”, - deyə sədr qeyd edib.
E.Rüstəmov əlavə edib ki, 2019-cu ildə Azərbaycanda qeyri-nağd ödənişlərin həcmi 41% artıb, ödənişlərin ümumi həcmində belə əməliyyatların xüsusi çəkisi 20% təşkil edir.
2019-cu ilin dekabr ayında AMB açıqlamışdı ki, ödəniş xidmətləri üzrə tənzimləyici çərçivənin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi işlərinin 2020-ci ildə davam etdirilməsi planlaşdırılır. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun və ondan irəli gələn hüquqi aktların qəbulu istiqamətində işlər görüləcəkdir. "Baza bank xidmətləri paketi” layihəsi təşviq olunacaq. Ödəniş ekosistemində yerli və beynəlxalq maliyyə institutlarının fəaliyyətinin təhlili, tətbiq edilən məhsulların qiymətləndirilməsi aparılacaq. Maliyyə inklüzivliyinin inkişafı üzrə yeni metodların tətbiqi, o cümlədən agent bankçılıq və ödəniş agenti şəbəkəsinin formalaşdırılması, bank olmayan ödəniş xidməti təchizatçılarının assosiasiyasının yaradılması nəzərdə tutulur. Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsi təşviq olunacaq.
Eyni zamanda, 2020-ci ildə innovativ maliyyə texnologiyalarının tətbiqinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə açıq bankçılıq prinsip və standartlarının yaradılması prioritet olaraq seçilib.
Ani ödənişlər sistemi əməliyyatların 5-10 saniyə ərzində həyata keçirilməsinə imkan verəcək. Sistemin yaradılması ilə İsveçrənin «CMA Small Systems AB» şirkəti məşğul olur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət