SOCAR iyunda Belarusa Azərbaycan neftinin yeni partiyasını nəql etməyi planlaşdırır.
"Biz təxminən 25-26 iyun tarixlərində Belarusa Gürcüstanın Supsa limanından bir partiya neft göndərməyi planlaşdırırıq", - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
O məlumat verib ki, bu partiyanın həcmi 85-90 min ton təşkil edəcək.
Xəbər verildiyi kimi, “SOCAR Trading” mart-aprel aylarında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 335 min tona yaxın 4 partiya neft nəql edib. Ümumi həcmi 250 min ton 3 partiya neft mart ayında, 85 min ton bir partiya isə apreldə nəql olunub. Neft Odessa-Brodı boru kəməri, daha sonra isə Broda-Mozır marşrutu ilə Mozır neft emalı zavoduna yola salınıb.
“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.**
N.Abbasova
Əliyev: “Bakı Berlinlə ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir”
Prezident Əliyev daha çox İsveç şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvardır
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı artıb
Bakı və Belqrad turizm sahəsində birgə fəaliyyət planının işlənib hazırlanmasını müzakirə edib
Ermənilərin Zəngəzur və Qarabağda törətdikləri yanğınlarla bağlı cinayət işi başlanılıb
DTA “Basqal” Qoruğuna mediatur təşkil edib
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Gəncə MKT şəhər yollarının əsaslı təmirinə 4 milyon manat yönəldəcək
Ermənistanın müdafiə naziri Moskvada Şoyqu ilə görüşməyi planlaşdırır
İrəvan metrosunun və Ermənistan parlamentinin minalanması barədə məlumatlar daxil olub
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Azər Türk Bank Apple Pay ödəniş üsulunu istifadəyə verdi
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
Bakı Ali Neft Məktəbinin 4 məzunu Dövlət Proqramının qalibi olub