2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1323,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, 2022-ci ilin 10 ayı ərzində Azərbaycana turist axını pandemiyadan əvvəlki dövrlə - 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2 dəfə az olub.
Gələnlərin 27,4%-i Rusiya Federasiyası, 19,4%-i Türkiyə, 10,8%-i İran, 6,8%-i Səudiyyə Ərəbistanı, 4,8%-i Gürcüstan, 3,4%-i Hindistan, 3,3%-i Pakistan, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Qazaxıstan, 1,8%-i Ukrayna, 1,7%-i İsrail, 1,6 %-i Özbəkistan, 1,5%-i Küveyt, 1,3%-i Oman, 1,1%-i Belarus, 11%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 74,6%-ni kişilər, 25,4%-ni qadınlar təşkil edib.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,7 dəfə artaraq 307,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 62,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 462,9 min nəfər olub.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,6 dəfə artaraq 1215,5 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,6 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 15,9% artıb.
Ölkə vətəndaşlarının 46,7%-i Türkiyəyə, 17,9%-i Rusiya Federasiyasına, 11%-i İrana, 8,7%-i Gürcüstana, 15,7%-i digər ölkələrə səfər edib. Gedənlərin 64,3%-ni kişilər, 35,7%-ni qadınlar təşkil edib.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət