Ermənistana “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi təşkilatın mandatının kobud şəkildə pozulmasıdır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Konsensus əsasında qərarların qəbulu prinsipi ATƏT-in bütün əsas qərarlarında aydın şəkildə əksini tapıb. Bu baxımdan, konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır. Azərbaycan ATƏT-in bütün təsisatlarını kobud şəkildə pozulmuş mandatlarını düzəltməyə çağırır”, - deyə C.Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prossesinə təşəbbüs göstərib. “Son 2 il ərzində Azərbaycan sülh gündəliyini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirib. Bu il Brüssel, Praqa və Soçidə keçirilən yüksək səviyyəli görüşlərdə hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdığını təsdiq edib. Mən dövlətlərarası münasibətlərlə bağlı ikitərəfli müqavilənin hazırlanmasını müzakirə etmək üçün üç dəfə Ermənistanın xarici işlər naziri ilə görüşmüşəm. 2022-ci il noyabrın 7-də Vaşinqtonda baş tutmuş sonuncu görüşümüzdə biz bu məqsədlə danışıqları sürətləndirməklə bağlı razılığa gəldik. Bunu nəzərə alaraq Azərbaycan saziş layihəsi ilə bağlı bir sıra qeydləri Ermənistana təqdim edib”, - deyə C.Bayramov qeyd edib.
Onun sözlərinə görə, Ermənistan qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazisindən hələ tam çıxarmayıb, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsini təmin etməkdən imtina edir.
C.Bayramov əlavə edib ki, Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları gücləndirməyə və döyüşkən ritorikaya əl atmağa sövq edir.
“Azərbaycanın yanaşması aydın, ardıcıl və beynəlxalq hüquqa əsaslanır. Tərəflər təcili olaraq dövlətlərarası münasibətlərinin əsasını qoyan hüquqi qüvvəyə malik sənədi razılaşdırmalıdırlar. Bu sənəd onların iki bərabərhüquqlu suveren dövlət kimi hüquqlarına zəmanət verir və ümumi maraq doğuran bütün məsələlərin həlli üçün əsas yaradır”, - deyə XİN başçısı bildirib.
“İkitərəfli danışıqların dinamikliyinin artmasına baxmayaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində irəliləyiş çox məhdud olaraq qalır. Hər üç istiqamətdə Ermənistan prosesdə səmimi iştirak etməkdənsə, imitasiyaya sadiqdir. Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışır”, - deyə o əlavə edib.
C.Bayramov bəyan edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Ermənistanı normallaşma prosesinə xələl gətirmək cəhdlərindən əl çəkməyə inandırmalıdır. “Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün tarixi fürsətdən istifadə etməlidir. Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa yol açacaq”, - deyə nazir vurğulayıb.*
R.Əhmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət