2022-ci ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 12 milyard 378 milyon 180,516 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 12,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
6 milyard 686 milyon 834,404 min manat (azalma 2,4%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 983 milyon 922,724 min manat (azalma 14,3%) olub. İlkin bazarda 1 milyard 410 milyon 379,001 min manatlıq, təkrar bazarda 573 milyon 543,723 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 4 milyard 702 milyon 911,68 min manat (artım 3,7%) təşkil edib. İlkin bazarda 4 milyard 498 milyon 616,285 min manatlıq, təkrar bazarda 204 milyon 295,395 min manatlıq not yerləşdirilib.
11 ay ərzində BFB-nin ümumi dövriyyəsində 1 milyard 274 milyon 575,991 min manat (artım 2 dəfə) korporativ bazarın, o cümlədən 635 milyon 571,255 min manat ilkin bazarın, 639 milyon 4,737 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 868 milyon 860,975 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 381 milyon 254,579 min manat, səhmlərin yerləşdirilmə həcmi 24 milyon 460,438 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 4 milyard 416 milyon 770,121 min manat (azalma 33,5%) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, noyabrın sonuna birjanın kapitallaşması 4 milyard 191 milyon 479,389 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 4% azdır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət