2022-ci ildə Azərbaycan qazının İtaliyaya ixrac həcminin 3 milyard kubmetr - təxminən 10 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Bunu TAP-ın icraçı direktoru Luka Şippati deyib.
“2022-ci ildə Azərbaycandan İtaliyaya təxminən 10 milyard kubmetr qaz nəqli gözlənilir ki, bu da 2021-ci ildəkindən 3 milyard kubmetr çoxdur”, - deyə o, İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
Şippati qeyd edib ki, 31 dekabr 2020-ci il tarixindən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə 18,5 milyard kubmetr Azərbaycan qazı nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyanın payına düşüb.
O əlavə edib ki, son bir neçə ay ərzində TAP vasitəsilə Apuliyadakı Melendunyo qəbul terminalına gündə 25-28 milyon kubmetr qaz daxil olur. Nəticədə Azərbaycan Əlcəzairdən sonra İtaliyaya ikinci əsas qaz tədarükçüsünə çevrilib.
Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edib. Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-dən başlanılıb və 2021-ci ildə ixrac həcmi 8,2 milyard kubmetr təşkil edib, bunun 6,8 milyard kubmetri İtaliyanın payına düşüb.
2022-ci ildə 23-24 milyard kubmetr, Avropaya 11,5 milyard kubmetr qaz ixrac olunacağı proqnozlaşdırılır.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət