2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə müqayisədə 1,7 dəfə artaraq 355,3 milyon manat ($209 milyon) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin 59,6%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,4%-i ictimai iaşə xidmətlərindən, 3%-i müalicə və sağlamlıq xidmətlərindən, 9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2022-ci ildə mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci illə müqayisədə 1,5 dəfə artaraq 2647,1 min olub. Gecələmələrin 55,1%-i Bakıda, 6,5%-i Qəbələdə, 5,8%-i Qubada, 4,9%-i Xaçmazda, 4,1%-i Qusarda, 3,8%-i Şabranda, 3,6%-i Lənkəranda, 3,2%-i Naftalanda, 2,3%-i Naxçıvan Muxtar Respublikasında, 1,1%-i İsmayıllıda, 1%-i Şamaxıda, 0,8%-i Qaxda, 0,8%-i Gəncədə, 0,7%-i Şuşada, 0,7%-i Masallıda və 5,6%-i digər şəhər və rayonlardakı mehmanxanalarda və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1253 min (azalma 8,7%) olub ki, bu da ümumi gecələmələrin 47,3%-ni təşkil edir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci illə müqayisədə 3,4 dəfə artaraq 1394,1 min olub ki, bu da ümumi gecələmələrin 52,7%-ni təşkil edir.
Gecələmələrin 16,5%-i Səudiyyə Ərəbistanı, 12,6%-i Rusiya Federasiyası, 10,5%-i Birləşmiş Ərəb Əmirlikləri, 8,6%-i Türkiyə, 5,2%-i Hindistan, 3,9%-i Küveyt, 3,9%-i İsrail,3,4%-i ABŞ, 3%-i Böyük Britaniya, 2,5%-i Pakistan, 1,7%-i Qazaxıstan, 1,5%-i Almaniya, 1,3%-i Özbəkistan, 1,3%-i Qətər, 1,2%-i Gürcüstan, 1,1%-i İtaliya, 0,9%-i İran, 0,8%-i Oman, 0,7%-i Çin, 0,6%-i Ukrayna, 0,6%-i Niderland, 18,2%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,6%-i Bakıda, 7,2%-i Qəbələdə, 4%-i Qubada, 3,4%-i Qusarda, 2,6%-i Naftalanda, 0,7%-i Şabranda, 0,6%-i Naxçıvan Muxtar Respublikasında, 1,9%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
2022-ci ildə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 15,7% səviyyəsində olub (2021-ci ildə 11,1%). Bu göstərici Şabranda 80,1%, Naftalanda 37,6%, Qubada 27,8%, Beyləqanda 26,2%, Lənkəranda 24,1%, Bakıda 23,8%, Ağcabədidə 20%, Qəbələdə 19,7%, Şuşada 16,7%, Sabirabadda 16,2% olub.
2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1% artaraq 209,2 milyon manat ($123 milyon) olub.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət