Bədii gimnastika üzrə növbəti, XIV Bakı birinciliyi fevralın 2-də Bakıda start götürəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
«Yarış paytaxtdakı Olimpiya İdman Kompleksində keçiriləcək. Turnirdə 3 yaş kateqoriyasında- 1993-1995, 1996-1997 və 1998-1999-cu il təvəllüdlü 60 gimnast iştirak edəcək», - deyə Federasiyadan bildirilib.
Birincilik fevralın 3-də başa çatacaq. Mətbuat xidmətinin verdiyi məlumata görə bununla yanaşı, Spoleto şəhərində “A” seriyasından olan gimnastların bədii gimnastika üzrə İtaliya klubları çempionatının birinci turu keçirilib. Burada “Ardor” və “San-Corcio” klublarının tərkibində azərbaycanlı gimnastlar Anna Qurbanova və Aliyə Qarayeva çıxış ediblər. «Ardor» klubu Qurbanovanın sayəsində “A1” seriyasında 5-ci yeri tutub.
«Həlqələrlə oyun zamanı Anna 16.1 bal toplayaraq bu növdə öz yaşıdları arasında ən yaxşı nəticə nümayiş etdirib. O, komandada Beatris Zankanarodan sonra ikinci yeri tutub. Lentlə oyununa görə isə o, 15.35 bal toplayıb və ukraynalı Anna Bessonovadan sonra ikinci olub ».
A.Qarayevanın təmsil etdiyi «San-Corcio” klubu “1” seriyasında hesabat turundan sonra 7-ci yeri tutub. İplə oyunda Aliyə 14.7 bal, lentlə oyununa görə isə 15.06 bal toplayıb. Nəticədə o, komandada italyan Laura Vernitssidən sonra ikinci olub. Federasiyanın mətbuat xidmətində belə hesab edirlər ki, A.Qurbanova və A.Qarayevanın təmsil etdikləri komandalar öz turnir vəziyyətlərini yaxşılaşdıra bilər. Belə ki, qarşıda hələ 3 oynanılmamış tur var.
Növbəti, ikinci tur fevralın 10-da Fabriano adlanan yerdə keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət