“Azərbaycan Mikromaliyyələşdirmə Bankı” 2006-cı ildə aktivlərini 2,5 dəfə - 48,4 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli 2007-ci il yanvarın 1-nə 3 dəfə artaraq 47,6 mln. manat olub.
«AMMB-dan kredit almış müştərilərin sayı 3 dəfə - 16,3 minə qədər çoxalıb. 2006-cı ildə kreditlərin həcmi 59,4 mln. manat təşkil edib ki, bu da 2005-ci ilin göstəricisindən 2,4 dəfə çoxdur», - deyə bankdan bildirilib.
Fəaliyyət göstərdiyi 4 il ərzində bank $115 mln. məbləğində 40-a qədər kredit verib.
Bir kreditin orta həcmi $3 min dollardan bir qədər çoxdur.
“Azərbaycan Mikromaliyyələşdirmə Bankı” respublikada 2002-ci ildən fəaliyyət göstərir. Bankın Bakı, Sumqayıt, Gəncə, Şəki və Lənkəranda 11 filialı var.
AMMB-nın təsisçiləri “Avropa Yenidənqurma və İnkişaf Bankı” (18,25%), “Beynəlxalq Maliyyə Korporasiyası” (25,55%), “Qara dəniz Ticarət və İnkişaf Bankı” (25,55%), “KfW” (24,96%) və “LFS Financial Systems GmbH.” (5,69%) alman konsaltinq firması olmaqla 5 beynəlxalq maliyyə institutudur. Bank eləcə də Avropa Birliyi və “GTZ” alman texniki yardım fondu tərəfindən dəstəklənir.
AMMB "İnterfaks-İAM"nin hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə 2005-ci ilin yekunları üzrə MDB bankları sırasında 922-ci, Azərbaycan bankları sırasında isə 17-ci yeri tutub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət