Kliniki tibb mərkəzində təmir işləri 2007-ci ilin sonuna kimi başa çatdırılacaq. Bu barədə səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.
“Kliniki tibb mərkəzində təmir mərhələli şəkildə aparılır ki, xəstəxananın iş rejimi pozulmasın. Çünki orada minlərlə adam çalışır və mühüm korpuslar, Tibb Universitetinin 16 korpusu fəaliyyət göstərir. Bununla əlaqədar, xəstəxananın cəmi beş korpusu təmirə bağlanıb, qalanları isə fəaliyyətini davam etdirir. Çalışacağıq ki, əsas işləri ilin sonuna kimi başa çatdıraq”,-deyə O.Şirəliyev bazar ertəsi mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, “müxtəlif şayiələrin əksinə olaraq, heç bir özəl şəxs xəstəxananı almayıb, orada həqiqətən də əsaslı təmir işləri aparılır”. Nazirin sözlərinə görə o korpuslar bağlanacaq ki, başqa xəstəxanalarda həmin ixtisaslar üzrə şöbələr fəaliyyət göstərir. Qalanları isə müvəqqəti olaraq tibbi personalla birgə başqa klinikaya köçürüləcək. O.Şirəliyev qeyd edib ki, xəstəxana yeni avadanlıqlarla təchiz ediləcək. “Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən təmirdən sonra Kliniki tibb mərkəzi müasir tələblərə cavab verəcək, bütün zəruri avadanlıqlarla təchiz olunacaq”,-deyə O.Şirəliyev vurğulayıb.
Kliniki tibb mərkəzi Bakıda ən böyük tibb müəssisəsidir. Semaşko adına 1 saylı Kliniki xəstəxana və Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasının bazasında yaradılıb.
Nazir bildirib ki, 2007-ci ildə respublikada 50 tibb müəssisəsində təmir, tikinti və bərpa işləri aparılacaq. 20 illik fasilədən sonra oftalmologiya ETİ-nin tikintisi bərpa edilib. 2007-ci ilin ikinci yarısında Travmotologiya və Ortopediya ETİ-nin inzibati korpusunda, Sumqayıt şəhərində Təcili tibbi yardım xəstəxanasında, Füzuli rayon xəstəxanasında əsaslı təmir başlayacaq. Respublika doğum evində isə təmir işləri atıq başlayıb.
2006-2007-ci illərdə Bakının qəsəbə və kəndlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində 25 tibb müəssisəsinin tikintisi, bərpası və təmirinə başlanılıb.
Bununla yanaşı, Dövlət Neft Şirkətinin vəsaiti hesabına 10 müasir regional müalicə-diaqnostika mərkəzinin tikintisi planlaşdırılır. Onlardan üçü artıq istismara verilib (Naxçıvan, Siyəzən və Lənkəranda).AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət