Qobustan həbsxanasında ömürlük həbs cəzasına məhkum olmuş bir qrup dustaq aclıq aksiyasına başlayıb.
“Bu gün onlardan (aclıq edənlərdən –İF-Az) aclıq aksiyasına başlamaq barədə müraciətlər daxil olub. Penitensiar xidmətin əməkdaşları qanunvericiliyə uyğun olaraq, aclıq edənlərin üzərində həkim nəzarəti aparıb”,-deyə “İnterfaks-Azərbaycan” agentliyinə Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin (MQİBİ) nümayəndəsi Rafiq Ramazanov məlumat verib.
Onun sözlərinə görə aclıq aksiyasında iştirak edən məhbusların dəqiqi sayı hələlik məlum deyil. Müraciətlərin qəbulu başa çatdıqdan sonra dəqiq say məlum olacaq. “Bu məhbuslar ömürlük həbs cəzasının 15 il azadlıqdan məhrumetmə ilə əvəzlənməsini tələb edirlər. Onlar öz tələblərini 2000-ci ildə qəbul olunmuş yeni Cinayət Məcəlləsinə uyğun olaraq, işlərinə yenidən baxılmaq hüququnun olması ilə əsaslandırıblar”,-deyə R.Ramazanov bildirib.
Lakin, MQİBİ nümayəndəsi qeyd edib ki, artıq məlumdur ki, aksiya iştirakçıları arasında elələri də var ki, onlar yeni CM qüvvəyə mindikdən sonra ömürlük həbs cəzasına məhkum olunublar.
Qobustan cəzaçəkmə müəssisəsi qapalı həbsxana sayılır. Burada xüsusilə ağır cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilmiş məhbuslar saxlanılır. Buradakı dustaqlar son illər ömürlük həbs cəzasının 15 il azadlıqdan məhrumetmə ilə əvəzlənməsi tələbilə vaxtaşırı aclıq aksiyası keçirilər. Sonuncu dəfə Qobustan həbsxanasında belə aksiya cari ilin aprel ayında keçirilib. Aksiyada 80 məhbus iştirak edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət