Azərbaycanlı rejissor Fərid Hümbətovun çəkdiyi “Qafqaz” bədii fimi Amerika Kinoakademiyasının “Ən yaxşı əcnəbi film” nominasiyasında “Oskar” mükafatına təqdim oluna biləcək 63 namizəddən biridir.
Azərbaycan Kinomatoqrafçılar İttifaqından verilən məlumata görə, film istehsal olunduğu müstəqil “Metropol” studiyası tərəfindən təqdim edilib. Bu “Oskar” tarixində ilk Azərbaycan filmidir.
“Qafqaz”da "Аntikiller" filminin ulduzu Lyubov Tolkalina, “Lenkom” teatrının aparıcı aktyoru, “Əkizlər” serialında çəkilən Аndrey Çernışev, “Pavel Korçaqin” və digər filmlərdə çəkilən Rusiyanın xalq artisti Аdа Roqovtseva çəkilib. Fİlmdə azərbaycanlı aktyorlar da iştirak ediblər.
Süjetə əsasən L. Tolkalina xəyalpərəst Sofya rolunu oynayıb, Çernışev isə aşiq Aleksandr obrazını yaradıb. Bu fəlsəfi hekayədir – 75 yaşlı Mariya müharibədə öz oğlunu itirir. O, öz gəlini Sofya ilə birlikdə 12 il Qafqazda yaşayır və aclıq başlayan zaman Rusiyaya köçməyə hazırlaşır. Vağzal. Qafqazla vida. Qonşu kupedə onlarla foto müxbir Aleksandr və veteran gedir. Yolda Aleksandr və Sofya bir-birlərinə aşiq olurlar, əsas qəhrəman Mariya isə Volqoqrad yaxınlığındakı stansiyalardan birində başa düşür ki Qafqazsız yaşaya bilmir: o Sofyaya məktub qoyur və çıxır.
Filmin çəkilişləri Bakıda, Azərbaycan və Volqoqradın bir sıra regionlarında aparılıb.
Bu F. Hümbətovun ikinci filmidir, birinci “Yad adam” filmində baş rolu Alika Smexova oynayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət