Noyabrın 21-də Bakıda başlayacaq VII Beynəlxalq “Gənc peşəkarlar” Audiovizual Festivalının təşkilat komitəsi tədbirin qapalı keçirilməsi haqqında qərar qəbul edib. Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev çərşənbə günü keçirdiyi mətbuat konfransında bunun festivalın maliyyələşməsində olan dəyişikliklərlə bağlı olduğunu bildirib.
"Maliyyənin azlığı səbəbindən bu ilki festival qapalı olacaq, nümayişlər sırf münsiflər üçün keçiriləcək. Bundan əlavə festivala təqdim olunmuş işlərin müəllifləri də tədbirə dəvət olunmayacaqlar”,- deyə H. Mehdiyev bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq Mədəniyyət və Turizm və Gənclər və İdman nazirlikləri festivalın yeni formatda - tamaşaçılar və qonaqlar olmadan da keçirilməsi üçün öz köməkliklərini göstəriblər.
Festivalda təqdim olunan işlərlə bağlı suallara toxunan H. Mehdiyev qeyd edib ki, 223 nümunədə audiovizual məhsul təqdim olunub ki, onlardan da 86-sı müsabiqəyə buraxılıb.
"Festivalın bütün nominasiyaları üzrə audiovizual işlər təqdim olunub. Bu oyun, sənədli, televiziya, animasiya janrlı, kompyuter qrafikası, klip, reklam, tələbə işləri və videoartlardır. Sevindirici haldır ki, Azərbaycan bütün nominasiyalarda təmsil olunur”,-deyə o əlavə edib.
Müsabiqədə 15 bədii, 16 sənədli, 7 televiziya, 15 tələbə işi, 14 reklam çarxı, 10 klip, beş cizgi filmi,15 kompyuter qrafikası nümunəsi və videoart janrında beş iş təqdim olunub.
Peşəkarlardan ibarət beynəlxalq münsiflər heyəti işləri qiymətləndirəcəklər. Onların tərkibinə Ukrayna, Belarus, Qırğızıstan, İran və Türkiyədən olan kinomatoqrafçılar daxildir. Hakimlər heyətinə məşhur Azərbaycan rejissoru Ramiz Fətəliyev rəhbərlik edir. Festivalın birinci günü münsiflər 19 işə baxacaq. Cari ildə Audiovizual Festival tarixində ikinci dəfə olaraq həvəskar işlərinin nümayişi olacaq. Onların sayı bu il 26-ya çatıb.
Festivalda Azərbaycan, Böyük Britaniya, Ukrayna, Belarus, Estoniya, Gürcüstan, Qırğızıstan, Türkiyə, İran, Polşa, Niderland, Portuqaliya, İspaniya, Almaniya, Sloveniya, Pakistan və Braziliyadan olan gənc rejissorların işləri təqdim olunub.
Festival noyabrın 24-də başa çatacaq. Münsiflər Qran-pri mükafatının qalibinin, bütün nominasiyalar üzrə ən yaxşı işlərin və ən yaxşı rejissorların, ssenaristlərin, operator və prodüsserlərin adlarını çəkəcəklər. Xarici iştirakçıların mükafatları onların təmsil etdiyi ölkələrin səfirliklərinə təqdim olunacaq, ya da poçt vasitəsilə göndəriləcək.
Audiovizual Festival Kinorejissorlar Gildiyası tərəfindən 2001-ci ildən keçirilir. 35 yaşadək gənc rejissorlar onun iştirakçısı ola bilər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət