Мədəniyyət və turizm naziri Əbülfəz Qarayev şəhər mədəniyyət parklarının rəhbərlərinin işindən narazılığını bildirib,
“Biz mədəniyyət və istirahət parklarında, əsasən də Milli Parkda aparılan bərpa işlərinin gedişindən narazıyıq. Və park rəhbərlərinin nəzərinə çatdırmaq istəyirəm ki, bununla əlaqədar olaraq nazirlikdə onların işdən azad olunması məsələsinə baxılır”,- deyə Ə. Qarayev cümə günü nazirliyin geniş kollegiya iclasında bildirib.
Hazırda Milli Parkda bərpa işləri aparılır. Gələcəkdə isə bulvarın Mədəniyyət və Turizm Nazirliyi və bir alman şirkəti tərəfindən birgə layihələndirilməsi planlaşdırılır.
“Yoxlamalar zamanı bir çox mədəniyyət və istirahət parklarının kommersiya strukturlarına verildiyi aşkarlanıb. Onlar da parklardan digər məqsədlər üçün istifadə edirlər. Park ərazilərinin yarısı bələdiyyə başçıları tərəfindən hüquqi və fiziki şəxslərə paylanılıb. Bu da asudə vaxtlarını effektli keçirmək istəyən əhalinin imkanlarını məhdudlaşdırır”,- deyə nazir qeyd edib.
Ə. Qarayevin verdiyi məlumata görə, 2008-ci il ərzində ölkənin mədəniyyət parkları və qoruqlarının mühafizəsi üzrə xüsusi proqram hazırlanacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət