Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qəbələ rayonunun Nic kəndində 4700 baş donuzu məhv edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli çərşənbə günü məlumat verib.
““Afrika taunu” nun yayılması ilə əlaqədar olaraq çərşənbə günü Nic kəndində qalan 56 baş donuz da məhv ediləcək. Bundan sonra kənddə yeni bir aylıq karantin elan ediləcək, baytarlar üç mərhələdə dezinfeksiya işləri aparacaqlar”,- deyə Y. Xanvəli bildirib.
Azərbaycanda “Afrika taunu”nun yayılması yanvarın 28-də aşkarlanıb. Xəstəliyin ləğv edilməsi və yayılmasının qarşısını almaq məqsədilə yanvarın 28-dən Baytarlıq Xidməti Nic kəndində karantin qoyub. Kənddə zəruri baytar-sanitar tədbirləri həyata keçirilir.
Y. Xanvəlinin sözlərinə görə, fevralın 13-ü axşama qədər Nic kəndindəki bütün donuzlar məhv ediləcək. Karantin bitəndən altı ay sonra isə Dövlət Baytarlıq Xidməti kənddə yenidən donuz saxlanılmasına icazə verəcək.
“Azərbaycanda 20 min baş donuz var. Onlar əsasən Zaqatala, Balakən, Şəki, Mingəçevir, Şəmkir, Qusar, Xaçmaz və Abşeron rayonlarında saxlanılır. “Afrika taunu” nun yayılması ilə əlaqədar olaraq baytarlar monitorinq keçirmək üçün rayonlara göndəriliblər. Artıq donuzlardan qan nümunələri götürülüb. Onlar Respublika Baytarlıq Laboratoriyasında tədqiq olunacaqlar”,- deyə Y. Xanvəli bildirib.
“Afrika taunu” Azərbaycanda ilk dəfədir qeydə alınır. Yerli baytarlar xəstəlik virusunun Azərbaycana Gürcüstandan keçdiyini ehtimal edirlər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət