İyulun 14-dən avqustun 7-nə qədər Berlində müasir Azərbaycan rəssamlarının əsərlərinin sərgisi təşkil olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Almaniyada Azərbaycan ili çərçivəsində keçiriləcək sərgidə rəssam Vüqar Muradovun 18, Niyaz Nəcəfovun 10 rəsm əsəri, Mahmud Rüstəmovun 2 və Teymur Rüstəmovun 1 heykəltaraşlıq əsəri, Sənan Ələkbərovun 9 foto işi, Rəna Əfəndinin 10 fotoşəkli, Orxan Aslanovun 1 foto işi və Rəşad Ələkbərovun kölgə ilə işlənmiş “Şərq-Qərb” instalyasiyası nümayiş olunacaq.
“Milli xarakteri özündə əks etdirən Azərbaycan incəsənətinin əsas əlamətləri həyat eşqi, gözəlliyə sevgidir. Bu, forma və rəngin gedonizmi, gerçəklik və gözəl dünya ilə bağlı arzunun ahəngidir. Orta əsr miniatürü, zərgərlik əşyaları, 18-19-cu əsrlərə aid divar naxışları, qədim tikililərin daş ornamentləri bunun parlaq nümunəsidir”, - deyə nazirlikdən bildirilib.
Tədbiri təşkil etmək üçün nazirliyin sektor müdiri Leyla Axundzadə, rəssamlar Vüqar Muradov, Niyaz Nəcəfov, Rəşad Ələkbərov iyulun 13-dən 16-dək Berlinə yola düşəcəklər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət