Ölkənin inkişafı insanların həyatının bütün sahələrini əhatə edir. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək rayonunun ikinci böyük kəndi olan Cağrı kəndində yeni artezian quyusunun istismara verilməsi mərasimində bəyan edib.
«Bunu Babək rayonu və Cağrı kəndinin misalında görmək olar. Kənddə bütün sosial infrastruktur bərpa olunub, yeni orta və musiqi mıəktəbləri inşa edilib, torpaq mülkiyyətçiləri üçün şərait yaradılıb, suvarma sistemi yaxşılaşdırılıb, içməli su təminatı ilə bağlı tədbirlər görülüb»,- deyə V.Talıbov bildirib.
O qeyd edib ki, kəndin böyüməsi ilə əlaqədar əvvəlki artezian quyuları kəndlilərin tələbatını ödəmədiyi üçün yeni quyunun qazılması qərara alınıb. Sədrin sözlərinə görə, yeni artezian quyusunun istismara verilməsi çoxlu sayda insanın su problemini həll edəcək. V.Talıbov bildirib ki, bu gün dünyanın bir çox ölkələri quraqlıq problemi ilə üzləşib, müxtəlif dövlətlər təbiətdə yaranan problemlərdən əziyyət çəkir. «Artezian quyuları qazmaq, kəhrizləri təmizləmək, real su mənbələrindən səmərəli istifadə etmək lazımdır. Yeraltı sular Naxçıvanın təbii sərvətidir və bu sərvəti qorumaq lazımdır»,- deyə o vurğulayıb.
«Muxtar Respublikada kənd təsərrüfatının inkişafı üçün damazlıq iri buynuzlu mal-qaranın gətirilməsi nəzərdə tutulur ki, bu da heyvandarlığın inkişafı üçün böyük əhəmiyyətə malik olacaq. Bununla yanaşı, süni mayalandırma məntəqələri yaradılır. Cağrı kəndində həmçinin torpaqların səmərəli istifadəsi, heyvandarlığın inkişafı üçün müəyyən işlər görüləcək»,- deyə V.Talıbov qeyd edib.
«Naxçıvanın uzaq dağ kəndləri qaz və telefon rabitəsi ilə təmin olunub. Məktəblə bağlı problem yoxdur, həkim ambulatoriyaları, icra strukturlarının nümayəndəlikləri, bələdiyyələr fəaliyyət göstərir»,- deyə spiker Cağrı və Buzqov kəndlərini birləşdirən yeni asfalt örtüklü avtomobil yolunun açılışında bildirib. O vurğulayıb ki, indi dağ kəndlərində həyat səviyyəsi qənaətbəxşdir. «Əhali maldarlıq, heyvandarlıq, bağçılıqla məşğul olur, torpaqları becərir, sabitlik və sakitlik şəraitində yaşayır. Sərhədlərimiz ordu tərəfindən qorunur. Hər bir sahədə ciddi nəzarət var»,- deyə V.Talıbov qeyd edib.
Dərinliyi 70 m olan yeni artezian quyusu saatda 50 kubmetr su verir. İçməli su təminatının yaxşılaşdırılması üçün quyudan əlavə su kəməri xətləri çəkilib, quyunun ərazisində bərpa işləri aparılıb, ayrıca transformator yarımstansiyası qurulub.
Uzunluğu 25 km olan Cağrı-Buzov avtomobil yolunun hərəkət zolağının eni 7 metrdir. Yola 26 500 ton asfalt-beton döşənib, yol örtüyünün qalınlığı - 6 sm-dir. Yağış sularının çəkilməsi üçün 15 xüsusi qurğu quraşdırılıb, yolda 2 körpü isə əsaslı təmir olunub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət