Polis Bakı məscidlərindən birində partlayışda şübhəli bilinən iki nəfərin foto-robotunu hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DİN-dən məlumat verilib.
«Avqustun 17-də “Əbu Bəkr” məscidindəki partlayışda şübhəli bilinən kişi və qadının foto-robotu televiziya ilə nümayiş olunacaq və mətbuatda dərc ediləcək», - deyə çərşənbə günü DİN-dən bildirilib.
Kişinin foto-robotunda onun 20-22 yaşlarında, boyu 170-175 smr, saç və gözlərinin rənginin tünd qəhvəyi olduğu göstərilir. Qadının foto-robotunda isə onun 23-25 yaşlarında, boyu 155-160 sm, gözlərinin rəngi tünd, saçları açıq şabalıdı olduğu görünür.
Polis əhalidən bu şəxslərin olduqları yer haqqında hüquq-mühafizə orqanlarına məlumat verməyi xahiş edir. Məlumat verənin anonimliyinə zəmanət verilir.
Xəbər verildiyi kimi, avqustun 17-də yerli vaxtla saat 21:00-da “Əbu Bəkr” məscidində partlayış baş verib. İlkin məlumatlara görə, pəncərədən məscidin içinə qumbara atılıb. Partlayış nəticəsində, üç nəfər həlak olub, ona qədər insan yaralanıb. Yaralananların arasında məscidin imamı Qamət Süleymanov da olub. Hadisə axşam namazı zamanı baş verib.
Partlayış faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət