Bakı sakinlərinin böyük əksəriyyəti nikahlarını xoşbəxt sayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rəy” monitorinq mərkəzindən məlumat verilib. Mərkəzin paytaxt sakinlərinin 800 sakini arasında apardığı sosial sorğunun nəticələrinə görə, respondentlərin böyük əksəriyyəti - 84%-i nikahlarını xoşbəxt sayır, 5% “daha çox “hə” cavabını seçib. Yalnız 8% etiraf edib ki, onların nikahlarını xoşbəxt adlandırmaq olmaz.
Sorğuda iştirak edənlərin 87%-i ailə qurarkən mülahizənin, 10% isə hissələrə əsaslanmanın vacib olduğunu hesab edir. Respondentlərin 85%-i mülahizə, 11%-i sevgi əsasında qurulan nikahları möhkəm sayır.
Bakılıların əksəriyyəti (68%) sevgi, 21%-i isə mülahizə ilə bağlanan nikahları xoşbəxt hesab edir.
43%-in fikrincə, nikah müqavilələrinin bağlanması üçün artıq vaxt yetişib. İştirakçıların 24%-i də müqavilələrin bağlanmasına tərəfdardır və boşanma zamanı onların əmlakın bölünməsini asanlaşdırdığını qeyd edirlər. Respondentlərin üçdə bir hissəsi isə nikah müqavilələrinin vacibliyinə şübhə edir və yaxud onları lazımsız sayır.
"Nə üçün Azərbaycanda boşanma hallarının sayı artır?” sualına cavab olaraq respondentlərin 48%-i müasir ailənin üzləşdiyi çətinliklərin əsas səbəb olduğunu bildirib. 21% isə hesab edir ki, boşanma halları ailə dəyərləri və izdivac böhranı ilə əlaqədar baş verir.
Respondentlərin 41%-i hesab edir ki, uşaqlı ailədə sevginin olmaması boşanmaya səbəb ola bilər, 33% isə bu vəziyyətin boşanmaya səbəb olmayacağı qənaətindədir.
Sorğuda iştirak edənlərin 61%-nin fikrincə, boşanmadan sonra uşaqlar anaları ilə qalmalıdırlar. 29% isə uşağın tərbiyəsi üçün yaxşı şəraiti təmin edə bilənlə qalmalı olduğunu hesab edir.
50% hesab edir ki, yoldaşına xəyanət etmiş kişi mühakimə olunmalıdır, 36% isə düşünür ki, həyatda hər şey baş verir və hər bir hadisə barədə ayrılıqda mühakimə yürütmək lazımdır.
83% həyat yoldaşlarına xəyanət etmiş qadınları mühakimə edir, yalnız 11% bildirir ki, hər bir hadisəni ayrılıqda nəzərdən keçirmək lazımdır .
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət