Noyabrın 22-də Bakıda Azərbaycanın xalq artisti, rejissor Rasim Ocaqovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
«Tədbirdə Rusiyanın xalq artisti, RF-nin Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyaqinin iştirakı gözlənilir», - deyə nazirlikdən bildirilib.
Yubiley gecəsi çərçivəsində sərginin keçirilməsi planlaşdırılır, rejissorun filmlərindən fraqmentlər, onun işlərinin xronikası göstəriləcək, eləcə də həmkarları və silahdaşlarının çıxışları olacaq.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi ilə Kinematoqrafçılar Birliyinin dəstəyi ilə “Üns” teatrında keçiriləcək.
Rasim Ocaqov 1933-cü il noyabrın 22-də anadan olub, ÜRDKİ-nin operatorluq fakultəsini (1956-cı il, L.Kosmatovun emalatxanası), 1965-cı ildə M.Əliyev adına Azərbaycan Teatr İnstitutunun rejissorluq fakultəsini bitirib.
R.Ocaqov “Onun böyük ürəyi”, “Təhminə”, “Bir məhəlləli iki oğlan”, “Mən rəqs edəcəyəm”, “Ən vacib müsahibə”, “İstintaq”, “Bağlı qapı önündə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Ad günü” və s. filmləri çəkib. 1968-ci ildə teatr rejissoru diplomunu alan R.Ocaqov bir neçə tamaşa hazırlayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət