Gəncəni “mavi yanacaq”la təmin edən qaz kəmərində partlayış baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin Gəncədəki regional bürosunun müxbiri xəbər verir.
Partlayış bazar günü səhər saat 9.00 radələrində Bakı-Qazax magistral qaz kəmərində baş verib və yanğınla müşayiət olunmayıb. FHN, “Azəriqaz” QSC və yerli İcra Hakimiyyətinin nümayəndələri dərhal hadisə yerinə gəliblər.
"İlkin versiyaya görə, qaz kəmərində əmələ gəlmiş çat partlayışa səbəb olub. Daha dəqiq səbəb təhqiqat aparıldıqdan sonra məlum olacaq", - deyə Gəncə şəhər Yanğın Təhlükəsizlik İdarəsinin rəis müavininin vəzifələrini icra edən Rahib Nadirov “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna bildirib.
Partlayış nəticəsində xəsarət alan olmayıb. Təkcə bir fermer təsərrüfatına ziyan dəyib. Təsərrüfat sahibinin 11 baş xırda buynuzlu mal-qarası həlak olub.
Gəncə şəhər Qaz Təchizatı İdarəsinin baş mühəndisi Balaxan Abbasov agentliyin regional müxbirinə bildirib ki, partlayışdan sonra Gəncəyə qazın verilməsi qismən təmin olunub. Onun sözlərinə görə, hazırda şəhərin çox hissəsi qazla təmin olunub, axşama kimi isə bütün şəhərə qazın verilməsi bərpa olunacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət