Azərbaycan iqtisadiyyatının möhkəm olması və ölkəyə turist axınının artması ilə əlaqədar dünya böhranı respublikaya güclü təsir etməyib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çərşənbə günü Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının 49-cu iclasının açılışında bəyan edib.
“Gənc iqtisadiyyata malik olan Azərbaycan böhranın təsirini o qədər də güclü hiss etməyib”, - deyə o bildirib.
Nazir qeyd edib ki, ötən il Azərbaycanda turizm sahəsindən gəlirlər 40% artıb, bu il isə həmin rəqəm son dərəcə az olacaq. O bildirib ki, «dünya dəyişir, turizm isə aktuallığını heç vaxt itirməyəcək sahədir». Ə.Qarayevin sözlərinə görə, Azərbaycana turist axınına həmçinin Bakının 2009-cu ildə İslam Mədəniyyətinin paytaxtı elan edilməsi də şərait yaradacaq.
Jurnalistlərə növbəti müsahibəsində nazir deyib ki, bu il Azərbaycana turist axını qlobal iqtisadi böhranla əlaqədar 10-12%-dən çox artmayıb.
Bakıda keçirilən və iki gün davam edəcək bu tədbirə toxunan Ə.Qarayev vurğulayıb ki, onun təşkilində məqsəd “ölkəmizin turizm potensialını göstərmək, eləcə də bir sıra ölkələrlə turizm sahəsində əməkdaşlıq qurmaqdır”.
«Azərbaycan ÜTT-yə 2001-ci ildə daxil olub, artıq bu il isə Bakıda belə iclas keçirilir ki, bu da respublika üçün böyük üstünlükdür», - deyə nazir qeyd edib.
O bildirib ki, 2009-cu ilin sonuna kimi 200-dən çox ölkənin daxil olduğu ÜTT-nin baş katibi vəzifəsinə seçkilər keçiriləcək.
Öz növbəsində, ÜTT-nin Avropa üzrə Komissiyasının sədri və Kipr Turizm Təşkilatının direktoru Sidika Tsorios böhranın turizm sahəsinə güclü ziyan vurmaması üçün bir sıra tədbirlərin görülməsini vacib sayır.
«Böhranın turizm biznesinə məhvedici təsir göstərməməsi məqsədilə turistlərin cəlb olunması üçün xidməti yaxşılaşdırmalı, eləcə də qiymətləri və vergiləri aşağı salmaq lazımdır», - deyə o, jurnalistlərə bildirib.
S.Tsorios deyib ki, 2009-cu ildə Kiprlə Azərbaycan arasında mədəni mübadilə həyata keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət