Məktəblilərin yaz tətili günlərində Naxçıvan Dövlət Uşaq Teatrı gənc tamaşaçılara yeni tamaşa təqdim edib. “Fəridin yuxusu” bu ilki mövsümdə dördüncü tamaşadır. Biz uşaqların cəsur, eyni zamanda xeyirxah böyümələri, öz vətənlərini sevmələri, dostluğu qiymətləndirməyi bacarmaları, kiçiklərin qayğısına qalmaları və böyüklərə hörmət etmələri üçün öz səhnə əsərlərimizlə onlarda yüksək mənəvi keyfiyyətləri aşılamağa çalışırıq”,-deyə tamaşanın quruluşçu rejissoru Vüsal Rzayev “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna bildirib. Tamaşa baş qəhrəman – sözə baxmayan və kobud oğlan olan Fəridin yuxuda başına gələn macəraların üzərində qurulub. Müxtəlif nağıllarda xeyir və şər qüvvələri təmsil edən personajların köməyilə oğlan öz səhvlərini başa düşür. Baş qəhrəman həqiqətdə öz hərəkətlərini başqa cür qiymətləndirməyə başlayır, tamamilə başqa oğlan olur, öz yaşıdlarının hörmətini qazanır, özünə çoxlu dost tapır. V.Rzayevin sözlərinə görə, yeni tamaşada 25 məktəbli-aktyor iştirak edir. “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları da bizim teatrla əməkdaşlıq edirlər. Onlar yaşlı personajların rollarını oynayırlar. Beləliklə, peşəkarlarla bir səhnədə çıxış etməklə gənc aktyorlar onlardan səhnə məharətini öyrınmək imkanları əldə edirlər”,-deyə rejissor vurğulayıb. O qeyd edib ki, Naxçıvan MR-in paytaxtında premyeradan sonra teatrın truppası bu tamaşanı muxtar respublikanın regionlarında da gənc tamaşaçılara göstərməyi planlaşdırır. Naxçıvan Dövlət Uşaq Teatrı 2006-cı ildə yaradılıb. Ötən müddətdə teatrın səhnəsində 10-dan çox tamaşa qoyulub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət