Azerbaijan International Mining Company (AMIC) may ayında qızıl emalı zavodunu işə salmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbirinə Azerbaijan International Mining Company-nin əməliyyat şirkətinin meneceri Məhəmməd Osmanov məlumat verib.
«Süxurun emalı zamanı hər tondan 1-2 qran qızılın hasil edilməsi planlaşdırılır. Zavodda ildə 75 min unsiya və ya 2 348 kq qızılın emalı proqnozlaşdırılır», - deyə o bildirib.
M.Osmanov onu da qeyd edib ki, 2004-cü ildən indiyədək Gədəbəy yatağında kəşfiyyat-istismar işlərinə $60 mln. məbləğində sərmayə yatırılıb.
Zavod istismara verildikdən sonra II rübdə birinci qızılın təhvil verilməsinə başlanacaq. Bütövlükdə, Gədəbəy yatağından 7,5 mln. ton külçənin çıxarılması planlaşdırılır ki, bu da təxminən 9,6 ton qızıl deməkdir. Istehsal prosesində təmizləmə yalnız mis konsentratı formasında həyata keçiriləcək. Tərkibində 50-60% qızılın olduğu külçələr xaricə göndəriləcək və orada məşhur şirkətlər tərəfindən qızıl gümüşdən ayrılacaq», - deyə menecer vurğulayıb.
O həmçinin deyib ki, Tovuz yatağında aparılmış kəşfiyyat işlərinin nəticələri ruhlandırıcı olub. Belə ki, bu yataqda hər ton filizdə 1-2 qram qızıl aşkarlanıb.
AMIC Gədəbəy rayonunda yerləşən “Gədəbəy” yatağı da daxil olmaqla Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatoru olan Anglo-Asian Mining PLC şirkəti tərəfindən yaradılıb.
“Azərqızıl” Dövlət Konserni (ləğv edilib, funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib) və Amerikanın R.V. Investment Group Services LLS şirkəti arasında müvafiq müqavilə (51% - Azərbaycan, 49% - Amerika tərəfinindir) 1997-ci il avqustun 21-də imzalanıb. Müqavilə 6 yatağın - Naxçıvanda bir, Gədəbəydə iki və hazırda erməni işğalı altında olan Zəngilanda və Kəlbəcərdə üç yatağın işlənməsini nəzərdə tutur.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 ton mis hasilatı planlaşdırılır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət