Faşizm üzərində qələbə münasibətilə “Biz qələbənin varisləriyik” beynəlxalq aksiyası çərçivəsində “Gənclər sülh uğrunda” konfransı keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri çərşənbə günü məlumat verib.
“Ölkədə gənclər siyasətinin istiqamətlərindən biri böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, öz xalqının tarixinə, dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır. Azərbaycanın İkinci Dünya Müharibəsində iştirakı bizim tariximizin unudulmaz səhifəsidir və biz gənclərin öz ata-babalarının şücaətini unutmaması üçün hər şeyi edirik”,-deyə gənclər və idman nazirinin müavini İntiqam babayev konfrans zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üzrə tədbirlər çərçivəsində hərbi-vətənpərvərlik oyunları, vətənpərvərlik mahnıları müsabiqəsi keçirilir, 63 vətənpərvərlik klubunu birləşdirən şəbəkə yaradılıb.
Nazir müavini deyib ki, İkinci Dünya Müharibəsi illərində 700 minə yaxın Azərbaycan vətəndaşı döyüşlərdə iştirak edib. Onlardan 300 mindən çoxu vətənin müdafiəsində həlak olub.
İ.Babayev belə konfransların keçirilməsinin vacibliyini vurğulayıb. Çünki belə tədbirlər iştirakçı ölkələrdə gənclərin mülki və vətənpərvərlik tərbiyəsində müsbət rol oynayır.
Öz növbəsində Prezident Administrasiyasının nümayındəsi Rasim Mirzəyev konfransın keçirilməsini müsbət qiymətləndirib, qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin qurulması cəhdlərini qeyd edib.
Mayın 6-7-də Bakıda keçirilən konfransda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Moldova, Belarus, Qırğızıstandan nümayəndələr iştirak edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət