Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Separadi kənd sakinləri ilə görüş keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Görüş zamanı S.Mikayılov kənddə sosial-iqtisadi vəziyyətlə maraqlanıb.
“Bu, mənim sizinlə dördüncü görüşümdür. Hər dəfə problemlər yarananda onları imkan qədər həll edirik. Lakin mən kənddə boş torpaqları görürəm. Onlardan rasional istifadə edin, tərəvəz becərin. Rayonda meyvə emalı üçün konserv zavodu tikilir, həmçinin onların saxlanması üçün soyuducu kameralar olacaq”,-deyə S.Mikayılov bildirib.
Kənd sakinləri problemlər sırasında yolların pis olduğunu bildiriblər və onların asfaltlanmasını xahiş ediblər.
“Bilirsiniz ki, prezident İlham Əliyev 2009-2013-cü illərdə regionların inkişafı üzrə Dövlət Proqramını imzalayıb. Proqramda yol, qaz və elektrik enerjisinin verilməsi problemlərinə toxunulub. Bu kənddə yarımstansiya tikilib. Sakinlərin ehtiyaclarının təmin olunması üçün hər şey edilir, yollara asfalt döşənəcək, qaz kəməri çəkiləcək”,-deyə icra başçısı bildirib.
Separadi kəndi Tükəvil kəndinin tərkibinə daxildir. İki kənddə əhalinin sayı 4940 nəfərdir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət