Naxçıvan Muxtar Respublikası (NMR) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Ramilə Seyidova MR hakimiyyəti tərəfindən regionun aztəminatlı ailələrinə hərtərəfli qayğının göstərildiyini qeyd edib. “Ölkənin hər yerində olduğu kimi, muxtar respublikada da mənalı, sağlam ailə həyatına nail olunması, yüksək inkişaf səviyyəsinə malik vətəndaş cəmiyyətinin formalaşması qarşıya mühüm vəzifə kimi qoyulub”,-deyə R.Seyidova MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təşkil edilən Beynəlxalq Ailə Gününə həsr olunmuş bayram tədbirində bildirib. O, MR-də ailələrin hüquqlarının müdafiəsi, onların problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. “Bu gün muxtar respublikada 82 798 ailə yaşayır. Onlardan 3 136-ı aztəminatlı, 273-ü vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid vermiş ailələrdir. Muxtar respublikada aztəminatlı ailələr dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həlli üzrə mühüm işlər həyata keçirilir”,-deyə R.Seyidova bildirib. Onun sözlərinə görə, MR-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ailə, qadın və uşaq siyasətinin uğurlu həyata keçirilməsində mühüm addımdır. Qeyd olunub ki, MR-də uzunmüddətli, xoşbəxt ailələrin sayı çoxdur. Bayram tədbirində iştirak edən ailələrə hədiyyələr verilib. Tədbir konsert proqramı ilə başa çatıb. 1993-cü ildə BMT Baş Assambleyası mayın 15-ni Beynəlxalq Ailə Günü elan edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət