Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının cari teatr mövsümü iyulun 5-də başa çatır. Yeni mövsümdə teatr “Karamazov qardaşları”nı tamaşaçılara təqdim edəcək. Bu barədə teatrın baş rejissoru Aleksandr Şarovski bazar ertəsi məlumat verib.
“Teatr doymaq bilməyən varlıqdır, hər gün təkrarçılıq, yeni tamaşalar olur. Yeni mövsümdə planımıza Dostoyevskinin “Karamazov qardaşları” daxildir”,-deyə A.Şarovski “İnterfaks-Azərbaycan” agentliyində keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, dram teatrı Azərbaycan tamaşaçısını xarici həmkarları ilə işlə tanış etmək üçün gələcəkdə xarici tamaşalar da dəvət etməyi planlaşdırır.
“Biz xaricdəki həmkarlarımızla dəvət edəcəyik və onlarla iş birliyini tamaşaçılara göstərəcəyik”,-deyə A.Şarovski vurğulayıb. O əlavə edib ki, SSRİ-nin vaxtında olduğu kimi bir teatrın aktyorunun digər teatrın tamaşalarında iştirak etməsi praktikası bu gün yoxdur və o qədər də aktual deyil. O, tamaşaçının müxtəlif mövzulara marağına toxunaraq deyib ki, tamaşanın mövzusunu tapmaq mümkün deyil.
“Tamaşaçını cəlb etmək üçün hansı mövzunu səhnələşdirmək böyük müəmmadır. Mən, məsələn, məhəbbət haqqında pyesləri hazırlamağı xoşlayıram, tamaşaçı da onları sevir. Bu, ölməzdir. Qalanlarını isə fikirləşib tapmaq çox çətindir”,-deyə baş rejissor vurğulayıb.
Teatrın direktoru Ədalət Hacıyev isə bildirib ki, Rus Dram Teatrı teatrın aktyoru Nodar Şaşıqoğlunun kral Lir rolunun ən yaşlı ifaçısı kimi Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün bu ofislə yazışmanı davam etdirir.
O deyib ki, problem Ginnesin Rekordlar Kitabının nümayəndələrinin Bakı səfərinin böyük xərc tələb etməsilə əlaqədar maliyyə çatışmazlığı ilə bağlıdır. Odur ki, məsələnin London ofisi vasitəsilə yox, nəşrin Rusiya nümayəndəliyinin vasitəsilə həlli planlaşdırılır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət