Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı (NMR) 22 orta məktəb elektron lövhə ilə təmin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin bölgə bürosuna NMR-in Təhsil Nazirliyindən məlumat verilib.
«Son illər muxtar respublikada ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı sahəsində əhəmiyyətli işlər görülüb. Nəticədə bu gün muxtar respublikada komputerlərlə təmin olunmamış orta təhsil məktəbi yoxdur»,- deyə nazirlikdəki mənbə bildirib.
Onun sözlərinə görə, hazırda MR-in orta təhsil məktəblərində 2300 komputer var və onların böyük hissəsi İnternetə qoşulub. «NMR-in orta məktəblərində hazırda hər 254 şagirdə bir komputer düşür. Halbuki müvafiq dövlət proqramında 31 şagird üçün bir komputer nəzərdə tutulub»,- deyə nazirliyin nümayəndəsi bildirib.
O qeyd edib ki, NMR rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində 22 orta məktəbə elektron lövhə verilib. «Elektron məktəb lövhələrdən istifadə üzrə təlimatla tanış olmaq məqsədilə müəllimlər üçün xüsusi seminarlar da keçirilib»,- deyə mənbə bildirib. Onun fikrincə, elektron lövhələrdən istifadə şagirdlərin keçirilən materialı daha yaxşı mənimsəmələrinə kömək edir. «Bundan sonra yeni inşa edilən bütün məktəblər elektron lövhələrlə təchiz olunacaq»,- deyə nazirliyin nümayəndəsi əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət