SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2008-2009-cu dərs ilinin I semestrinin yekunları üzrə təqaüdlərin verilməsi mərasimini keçirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi xəbərə görə, SOCAR prezidenti Rövnəq Abdulayev çıxışında qeyd edib ki, şirkətin 2004-cü ildən reallaşdırdığı təqaüd proqramı çərçivəsində təkcə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələrinə təqaüd verilib. Ancaq proqramın əhatə zonasını genişləndirmək və tələbələrin fəallığını artırmaq üçün 2008-ci ildən SOCAR-ın elan etdiyi ixtisaslar üzrə müsabiqələrdə ölkənin bütün ali məktəblərinin tələbələrinin iştirakı üçün şərait yaradılıb.
O deyib ki, 2008-2009-cu dərs ilinin I semestrinin yekunları üzrə təqaüd almaq üçün müsabiqədə iştirak etmək istəyən mindən çox tələbə SOCAR-a müraciət edib və onlardan 131 nəfər seçilib. Onların 110-u ADNA, 11-i Bakı Dövlət Universitetinin, 4-ü Qafqaz Universitetinin, 2-si Azərbaycan İqtisad Universitetinin, 2-si Xəzər Universitetinin, 1-i Moskva Dövlət Universitetinin Bakı filialının və 1-i Azərbaycan Texniki Universitetinin tələbəsidir.
R.Abdullayev onu da bildirib ki, H.Əliyev adına Bakı Neft Emalı Zavodu 3 ixtisas üzrə aylıq təqaüdlər təyin edib.
O həmçinin tələbələrin xaricdə təhsili üzrə SOCAR-ın həyata keçirdiyi təqaüd proqramından bəhs edib. ARDNŞ prezidentinin sözlərinə görə, bu proqram çəçivəsində 48 tələbə, o cümlədən 22 bakalavr və 26 magistr ABŞ, Böyük Britaniya, Fransa, Hollandiya, Kanada və Türkiyənin nüfuzlu ali məktəblərində təhsil alır. Bu proqramın 8 iştirakçısı artıq təhsilini müvəffəqiyyətlə başa vurub və hazırda SOCAR-ın strukturlarında çalışır
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov çıxışında qeyd edib ki, bu il SOCAR-ın təqaüd proqramının iştirakçısı olmuş ali məktəb məzunlarından 42 nəfəri şirkətin strukturlarında işlə təmin olunacaq. O vurğulayıb ki, artıq təqaüdçülərlə şirkətin idarələrində görüşlər keçirilib.
“Azneft” İB-in baş direktoru Səbuhi Əhmədov bildirib ki, bu görüş ölkəmizdə, o cümlədən SOCAR-da layiqli kadr potensialının hazırlandığından bir daha xəbər verir.
Tədbir çərçivəsində SOCAR-ın prezidenti, təhsil naziri Misir Mərdanov, Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz Paşayeva, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Texniki Universitetin rektoru Havar Məmmədov və Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı 131 tələbəyə təqaüd və xatirə hədiyyələrini təqdim ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət