Bu il Naxçıvan Muxtar Respublikasında (NMR) biçin 33 min hektar sahədə aparılacaq. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu NMR Ali Məclisinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Naxçıvan MR sədri Vasif Talıbov taxıl yığımının gedişi ilə tanış olmaq üçün Babək rayonundakı zəmilərə baş çəkib.
Məlumata görə, NMR rəhbərinə bildirilib ki, cari ildə 28 hektar sahədə buğda, 5 min hektar sahədə isə arpa əkilib. Taxıl sahələrinin əkilməsi və becərilməsi optimal vaxtda və aqrotexniki qaydalara uyğun həyata keçirilib. Bununla əlaqədar tarlalarda bol məhsul yetişib. Torpaq sahiblərinə hər hektar taxıla görə 40 manat məbləğində maddi yardım, eləcə də hər hektar üçün 250 kq. hesabı ilə pulsuz gübrə verilib. Məhsulun itkiyə yol vermədən vaxtında yığılması üçün 102 kombayn hazırlıq vəziyyətinə gətirilib. Hazırda onlardan 60-ı zəmilərdə taxıl yığır. MR-in bütün rayonlarında kütləvi biçinə başlandıqdan sonra qalan yığım maşınları da işə salınacaq. Biçində həmçinin “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə texnikadan istifadə edilir. Qeyd olunub ki, Babək rayonunda taxıl yığımı 11 min 58 hektar sahədə həyata keçiriləcək, indiyə kimi 900 hektardan məhsul yığılıb. Rayon təsərrüfatlarında bir hektarda məhsuldarlıq orta hesabla 25 sentner təşkil edib. Hazırda zəmilərdə 30 kombayn işləyir. Məlumata görə, sahələrdə əsasən akademik Cəlal Əliyevin yetişdirdiyi “Qiymətli” buğdasının bol məhsullu sortları, eləcə də Rusiya Federasiyasından gətirilmiş “Moskviç” sortu becərilib. Becərmədə qabaqcıl texnologiyalardan istifadə edilib. “Ali Məclisin sədri məhsulun itkiyə yol vermədən vaxtında yığılması, rayonlar üzrə orta məhsuldarlığın müəyyən edilməsi ilə əlaqədar gələn həftənin əvvəlindən taxılın qəbuluna başlamağı tapşırıb”,- deyə mətbuat xidmətinin məlumatında deyilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət