Bazar ertəsi prezident İlham Əliyev Bakı şəhəri ətrafında avtomobil yol infrastrukturunun inkişaf planları ilə tanış olub. Bu barədə “AzTV” dövlət televiziyası xəbər verir.
Dövlət başçısı əvvəlcə “Azneft” meydanından (Prezident Administrasiyasının binası yaxınlığında) Bilgəh qəsəbəsinə qədər olan magistral yolun kənarlarında aparılan abadlıq-quruculuq işləri ilə tanış olub.
Prezidentə həmçinin Bakıxanov qəsəbəsi, Zabrat, Buzovna, Mərdəkan və Qala istiqamətində elektrik qatarlarının yollarında aparılacaq tikinti işləri haqqında da məlumat verilib.
Bundan başqa İ.Əliyev Sabunçu dairəsindən Bilgəh qəsəbəsinə qədər çəkilən yeni yolda aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına bildirilib ki, bu avtomobil yolu hər bir istiqamətdə dörd zolaqdan ibarət olacaq.
Prezident uzunluğu 6,8 kilometr olacaq Mərdəkan dairəsi-Heydər Əliyev adına Beynəlxalq hava limanı yolunda avtomobil yolunun tikinti işləri ilə tanış olub. Bundan sonra Mərdəkan-Bilgəh yolunun tikintisinə başlanacaq. Hava limanı-Bilgəh yolunun üzərində üç körpü və dörd piyada keçidi inşa ediləcək.
Bundan əlavə Mərdəkan dairəsindən Zuğulbaya qəsəbəsindədək uzunluğu 7,6 kilometr, eləcə də Zuğulba qəsəbəsindən Bilgəh qəsəbəsinədək uzunluğu isə 4,2 kilometr olan avtomobil yollarının inşası planlaşdırılır.
Bu avtomobil yollarının inşası respublika prezidentinin “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 2 fevral tarixli sərəncamları və “2006-2015-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı haqqında” Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş avtomobil yollarının inşasına uyğun olaraq həyata keçirilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət