Prezident İlham Əliyev hesab edir ki, respublikanın iqtisadi və hərbi qüdrəti Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin qaytarılacağı günü yaxınlaşdırır.
"Vaxt gələcək və Azərbaycan əsgəri işğal olunmuş torpaqlarda, Dağlıq Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan bayrağını qaldıracaq", - deyə dünən dövlət başçısı İrəvanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında iştirak etmiş Azərbaycan komandasının üzvləri ilə görüşdə bildirib.
O vurğulayıb ki, “Azərbaycanın hərtərəfli inkişafı, bizim iqtisadi, hərbi qüdrətimiz bu günü yaxınlaşdırır”.
İdmançıları İrəvanda keçirilmiş cüdo üzrə Avropa çempionatındakı qələbə münasibətilə təbrik edən dövlər başçısı qeyd edib ki, bu qələbənin böyük mənası var.
"Birinci növbədə bu qələbə onu göstərir ki, Azərbaycanda çox güclü gənc nəsil, gənc idmançılar yetişir. Bu qələbə onu göstərir ki, gənclərimiz vətənpərvərlik ruhunda böyüyürlər, tərbiyə alırlar, dəyərli vətəndaşlar kimi Azərbaycanın şöhrətini ucaldırlar. Bu qələbənin böyük mənası ondan ibarətdir ki, yarışda beş idmançı iştirak edib, beşi də Vətənə medalla qayıdıb", - deyə İ.Əiyev bildirib.
O əlavə edib ki, bu qələbənin Azərbaycanın idman tarixində xüsusi yeri var. "Ona görə ki, bu qələbə Ermənistanda, İrəvanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında qazanılıb. Bu böyük qələbədir. İrəvanda beş dəfə Azərbaycanın dövlət bayrağı qaldırılıb, bir dəfə Azərbaycanın dövlət himni səsləndirilib. Ona görə bu qələbənin çox böyük mənası var və şübhə etmirəm ki, bu qələbə Azərbaycanın idman tarixində əbədi yaşayacaq. İlk dəfədir ki, idmançılarımız Ermənistanda keçirilən beynəlxalq yarışlarda iştirak ediblər və Vətənə üzüağ qayıdıblar. Azərbaycanı təmsil ediblər, ölkəmizin gücünü, müasir Azərbaycanın nəyə qadir olduğunu göstəriblər. Sizin qələbəniz bütün Azərbaycan xalqının qəlbində yaşayır, hər bir Azərbaycan vətəndaşı üçün əzizdir. Bu, sizin qələbənizdir, eyni zamanda, bu qələbə Azərbaycan gəncliyinin, Azərbaycan xalqının qələbəsidir", - deyə prezident bəyan edib.
O qeyd edib ki, yarışın əvvəlində müxtəlif fikirlər səslənib. Çünki bu, heç vaxt Ermənistanda keçirilən beynəlxalq yarışlarda iştirak etməyən azərbaycanlı idmançıların ilk təcrübəsi idi.
«Onu da deyə bilərəm ki, bu qərarın qəbul olunması da asan məsələ deyildi. Çünki, birinci təcrübə idi. İlk növbədə, bizi idmançılarımızın təhlükəsizliyi düşündürürdü, narahat edirdi və məhz bu məqsədlə mənim göstərişimlə yarışdan qabaq Ermənistana nümayəndə heyəti göndərilmişdi. Bütün təhlükəsizlik tədbirləri təmin edilmişdi. Avropa Olimpiya Komitəsinin, Avropa Cüdo Federasiyasının üzvlərinin iştirakı ilə bütün lazımi sənədlər, müqavilələr bağlanmışdı və nəinki Ermənistan tərəfi, beynəlxalq idman qurumları bizə zəmanət vermişdilər ki, idmançılarımızın təhlükəsizliyi tam şəkildə təmin olunacaqdır. Düzdür, yarışlar ərəfəsində bəzi etirazlar da səsləndi. Mənə demişdilər ki, bəzi qruplar, bəzi şəxslər etiraz ediblər, özlərini daha çox vətənpərvər kimi göstərmək istəyirdilər. Ancaq əsl vətənpərvərlik ondan ibarət deyil. Əsl vətənpərvərliyi siz nümayiş etdirmisiniz, orada Azərbaycan bayrağını qaldırmısınız. Bundan yüksək vətənpərvərlik, bəlkə də bundan yuxarı xidmət ola bilməz. Ona görə sizin qələbəniz bir daha onu göstərdi ki, bizim tərəfimizdən qəbul edilmiş qərar yeganə düzgün qərar idi..
O, Azərbaycan komandasının qələbəsini ədalətin təntənəsi və Azərbaycanda idman və digər sahələrdə görülən işlərin nəticəsi adlandırıb.
Ermənistanda keçirilən cüdo üzrə Avropa çempionatında azərbaycanlı idmançılar 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət