Azerbaijan International Mining Company (AMIC) Gədəbəyin qızıl yataqlarında istehsal etdiyi qızılı Avropa birjalarında satışa çıxarır. Bu barədə “İnterfax-Azərbaycan” agentliyinin regional bürosuna Gədəbəy Qızıl Zavodunun mühəndis-metallurqu Süleyman Kərimov bildirib.
«Bir ay ərzində 30 min ton filiz xammalı əldə edilib. Ərazidən əldə olunan qızılın əyarı gözlənildiyindən də yüksəkdir. Filizin tərkibində onun miqdarı 75-83% təşkil edir” – deyə S.Kərimov qeyd edib.
Qızıl zavodu 2009-cu ilin may ayında istismara verilib. AMIC yataqda filiz ehtiyatlarını 12 milyon 380 min ton həcmində qiymətləndirir.
“Yataqlarda 22 ton qızıl, 192 ton gümüş və 37 min ton misin olması proqnozlaşdırılır. Filiz ehtiyatının hər tonu 1.54 qram qızıla, 13 qram gümüşə və 0.26 faiz misə hesablanıb” – deyə AMIC-nin geoloqu Mehman Talıbov bildirib.
Qızıl zavodunda emal olunan xammal İsveçə göndərilir və orada təkrar emalla külçə formasına salınaraq Avropa bazarlarına satışa çıxarılır.
AMIC Azərbaycan höküməti ilə Tovuz və Ordubad ərazilərində qazıntı işlərini aparmağı da razılaşdırıb.
Xəbər veridliyi kimi, Anglo Asian Mining plc şirkəti 2009-cu ilin mayında ilk qızılı almağı planlaşdırır. Bu mədənin ümumi sahəsi 242 ha təşkil edir.
“Azərqızıl” Dövlət Konserni (ləğv edilib, funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib) və Amerikanın R.V. Investment Group Services LLS şirkəti arasında müvafiq müqavilə (51% - Azərbaycan, 49% - Amerika tərəfinindir) 1997-ci il avqustun 21-də imzalanıb. Müqavilə 6 yatağın - Naxçıvanda bir, Gədəbəydə iki və hazırda erməni işğalı altında olan Zəngilanda və Kəlbəcərdə üç yatağın işlənməsini nəzərdə tutur.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 ton mis hasilatı planlaşdırılır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət