Azərbaycan DİN 2009-cu ilin əvvəlindən insan alveri ilə bağlı 71 faktı aşkar edib və 18 cinayətkar qrupu zərərsizləşdirib. Bu barədə nazirliyin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev məlumat verib.
“Həmin cinayət faktları üzrə 65 nəfər saxlanılıb. Həmçinin 82 qurban, o cümlədən bir uşaq aşkar edilib. Onların hamısına yardım göstərilib, 17 nəfər işlə təmin olunub, 11 vətəndaşa dəyən zərərə görə məhkəmə qaydasında kompensasiya verilib”,-deyə C.Şıxəliyev çərşənbə axşamı insan alverinə qarşı mübarizəyə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, göstərilən dövrdə Azərbaycanda 134 əxlaqsızlıq yuvası aşkar edilib və bu fakt üzrə 160 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
“2004-2008-ci illərdə insan alverinə qarşı mübarizəyə və belə cinayətlərin qurbanlarına yardım göstərilməsi üçün dövlət büdcəsindən 4 mln. manat vəsait ayrılıb”,-deyə DİN nümayəndəsi bildirib. Bundan əlavə, onun sözlərinə görə, dövlət büdcəsindən müvafiq QHT layihələri üçün qrant kimi 83 min manat, ayrıca DİN-in xəttilə 52 min manat, eləcə də birdəflik yardım kimi 5 min manat ayrılıb.
“Azərbaycanda insan alveri hallarının minimuma endirilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir”,-deyə C.Şıxəliyev vurğulayıb. Onun sözlərinə görə, insan alverinin qurbanlarına təxirəsalınmaz yardımın göstərilməsini və onlara sığınacaq verilməsini, müraciətdən sonra ilk 24 saat ərzində yardımın göstərilməsini, “qaynar xətt”lərin təşkilini nəzərdə tutan normativ-hüquqi aktlar hazırlanıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət