Naxçıvan Muxtar Respublikasının (NMR) sədri Vasif Talıbov ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasında zərər çəkən 50 veterana və əlilə “Tavriya” avtomobillərinin açarlarını təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Avtomobilləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması, hərbi xidmət zamanı öz sağlamlığını itirmiş 38 veteran və əlil, 1941-1945-ci illərin 10 müharibə veteranı və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasına iştirak edən 2 nəfər alıb.
“Bu gün 50 nəfər müharibə iştirakçısının və əlilin rahat hərəkət etməsi, muxtar respublikanın həyatında fəal iştirak etməsi üçün onlara avtomobillər verilir. Bu kateqoriyadan olan şəxslərin maşınla təmin edilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş insanlara qayğı siyasətinin davamı olaraq həyata keçirilən tədbirlərin bir hissəsidir”,-deyə V.Talıbov vurğulayıb.
“Muxtar respublikada qayğıya ehtiyacı olan adamların problemlərinin həlli üçün müxtəlif tədbirlər həyata keçirilir. Naxçıvan MR-də Əlillərin Reabilitasiyası Mərkəzi, Uşaq Reabilitasiya Mərkəzi, Ailələrə Dəstək Mərkəzi, Qocalar Mərkəzi fəaliyyət göstərir. Görmə qabiliyyətində problem olan əlillər üçün mərkəzin inşasına başlanılb və yaxın vaxtlarda istismara veriləcək”,-deyə Naxçıvan MR başçısı bildirib.
O deyib ki, Azərbaycan torpaqlarının qorunması zamanı sağlamlığını itirmiş adamlar və şəhid ailələri dövlət qayğısı ilə əhatə olunanlar arasında xüsusi yeri tutur.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət