Azərbaycanın penitensiar müəssisələri A/H1N1 virusunun qarşısının alınması üçün bir sıra sanitar-profilaktik tədbirlərin həyata keçirilməsinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ədliyyə Nazirliyindən məlumat verilib.
«Azərbaycan vətəndaşında A/H1N1 virusunun aşkar edilməsi ilə əlaqədar biz «donuz qripi»nin profilaktikası üçün əlavə tədbirlər görməyə başlamışıq”, - deyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Mehman Sadıqov bəyan edib.
«Bu tədbirlər adamların kütləvi olduğu yerlərdə profilaktik işlərin həyata keçirilməsi zərurətindən irəli gəlib. Ölkənin penitensiar müəssisələri də belə yerlərdir», - deyə o əlavə edib.
M.Sadıqov dəqiqləşdirib ki, penitensiar müəssisələrdə profilaktik tədbirlərin siyahısına həm məhbuslar, həm də onlara baş çəkməyə gələn şəxslər arasında izahedici və məlumatlandırma işlərinin aparılması, şəxsi gigiyena qaydalarına riayət etmə daxildir. «Məhbuslara onların yaxınlarının baş çəkməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur, çünki bu məsələ insan haqlarının müdafiəsi prinsiplərindən biridir. Profilaktika yalnız məhbuslar arasında «donuz qripi»nin qarşısının alınması zəruriliyinin izah edilməsinə yönəldilib, - deyə idarə rəisi qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət