Yanvarın 23-də Kapelhauzda “Dünya uşaqların gözü ilə” adlı layihə çərçivəsində əlil uşaqların – Daun sindromlu altı və ayaqları amputasiya edilmiş iki uşağın fotoşəkillərdən ibarət satış-sərgisinin açılış mərasimi keçiriləcək.
Layihənin koordinatoru Aylan Ağamalıyeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, bu layihə Beynəlxalq Təşkilatın (IREX) MDB dövlətlərində əlil uşaqlar üçün nəzərdə tutulmuş “Biz hamı kimiyik” sosial qrant proqramının hesabına həyata keçirilir.
Fotoşəkillər təbiət, şəhərin tarixi, Bakının infrastrukturu və başqa mövzulardadır. Layihəyə Uşaq İli çərçivəsində 2009-cu ilin avqustunda start verilib.
Layihə çərçivəsində uşaqlar fotoşəklin mənimsənilməsi və kompüter proqramlarından istifadə üzrə iki sessiyadan keçiblər. Məşğələlər Nəbatat bağında və İçərişəhərdə keçirilib.
Satışdan əldə edilən vəsaitlər layihənin iştirakçıları arasında bölüşdürüləcək. Bundan başqa, onların hər biri VTB Bank-dan (Azərbaycan) rəqəmsal kamera hədiyyə alacaqlar.
İki gün davam edəcək tədbirdə ABŞ, Böyük Britaniya, Yaponiya, İtaliya və digər ölkələrin səfirlikləri, beynəlxalq təşkilatlardan IREX, ACCELS, Peace Corp.-un, müxtəlif beynəlxalq bankların, auditor şirkətlərinin, eləcə də BP-nin nümayəndələri iştirak edəcəklər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət