Lənkəran rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ailələrinin problemlərini müzakirə edib. Bu barədə çərşənbə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
S.Mikayılov şəhid ailələrinə başsağılığı verib və qeyd edib ki, onlar hər zaman ölkə rəhbərliyinin diqqətindədirlər. «Ümummilli liderimiz Heydər Əliyev həmişə şəhid ailələrinin sosial vəziyyətinin qayğısına qalıb, bu siyasəti davam etdirən ölkə prezidenti İlham Əliyev də şəhid ailələrinə böyük diqqət ayırır», - deyə o, görüşdə bildirib.
S.Mikayılov onu da qeyd edib ki, Lənkəranda 1990-cı ilin faciəli yanvar günlərində həlak olmuş şəhidlərin ailələri üçün növbəti 35 mənzildən ibarət bina tikilir. O, şəhid ailələri ilə onların problemlərini müzakirə edib, onlara pul yardımı göstərib.
Yanvarın 20-də Azərbaycanda 1990-cı il faciəli yanvar hadisələrinin 20-ci ildönümü qeyd olunur. Sovet ordu hissələrinin Bakıya və ölkə regionlarına daxil olması nəticəsində 130-dan çox dinc sakin həlak olub, 700-ə yaxın adam yaralanıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət