Azərbaycan Mətbuat Şurası 2009-cu ilin yekunlarına və bu strukturun 2010-cu il üzrə perspektiv istiqamətlərinə həsr olunmuş iclas keçirib. Bu barədə Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri iclasdan məlumat verib.
Şuranın sədri Əflatun Amaşovun bəyan etdiyi kimi, struktur bu il bir neçə istiqamətdə, eləcə də reket jurnalistlərlə mübarizəni planlaşdırır.
«Diffamasiya haqqında qanunun qəbul edilməsi istiqamətində işlər prioritet olacaq», - deyə Ə.Amaşov qeyd edib.
Ötən ilin yekunlarından danışarkən o qeyd edib ki, Şuraya 489 şikayət daxil olub. Onlardan 11-i siyasi partiyalrdan, 45-i ictimai təşkilatlardan, 29-u özünüidarəetmə orqanlarından, 167-i dövlət strukturlarından, 61-i özəl müəssisələrdən və 176-sı cəmiyyətin müxtəlif təbəqələrini nümayəndələrindən daxil olub. Onlar Azərbaycanın 7 rayonundan və 55 şəhərindən gəlib.
Ə.Amaşov jurnalistikanın başlıca problemi kimi qeyri-obyektivliyi, reketçiliyi və rəsmi mənbədən məlumatın təsdiqlənməməsini qeyd edib.
«Ümumilikdə, mahiyyətcə jurnalistikanın problemlərinin əksəriyyəti iqtisadi köklərə malikdir», - deyə Ə.Amaşov bildirib.
Şuranın sədri bu il diffamasiya probleminə həsr olunmuş müxtəlif tədbirlərin və görüşlərin keçirilməsilə bağlı planlar barədə danışıb.
«Diffamasiya problemini yalnız hakimiyyətlə dialoq şəraitində həll etmək mümkündür», -deyə Ə.Amaşov hesab edir. Planlar arasında o, jurnalistlərin peşəkarlığının artırılması institutunun yaradılmasını qeyd edib.
«Əgər Azərbaycan jurnalistikası peşəkar, müstəqil olarsa, biz istənilən problemi həll edə bilərik. Bizim planlarımıza hakimiyyətlə KİV-in əməkdaşlığı strategiyasının işlənməsi də daxildir », - deyə o qeyd edib.
Azərbaycandakı məhbus jurnalistlər və bloggerlərlə bağlı mövzuya toxunan Ə.Amaşov deyib ki, ölkədə həbsdə bir jurnalist olsa belə, Şura onun hüquqları uğrunda mübarizə aparacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət