Son 3 ay ərzində Azərbaycana turist axınında azalma müşahidə edilmir. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bəyan edib.
“Daxili turizm yaxşı inkişaf edir və yolların bərpası buna kömək edir, hətta bəzi rayonlarda turizm xidmətlərinin qiymətinin ucuzlaşması müşahidə edilir”, - deyə nazir cümə günü jurnalistlərə bildirib.
O, Azərbaycanda turizm xidmətlərinin qiymətinin Türkiyə ilə müqayisədə yüksək olmasını şərh edərək söyləyib ki, bu ölkədə turizm sektoru 30 il, Azərbaycanda isə 10 ildən azdır ki, inkişaf edir. "Biz gələcəkdə bu sektor inkişaf etdikcə qiymətlərin aşağı düşəcəyini gözləyirik. Digər tərəfdən, biz turizm sahəsində qiymətəmələgəlmə prosesinə nəzarət edə bilmərik, çünki bu, azad bazardır", - deyə Ə.Qarayev qeyd edib.
Nazirin sözlərinə görə, turizm sahəsində yeni fəaliyyət mexanizmlərinin yaradılması üzrə xüsusi proqram hazırlanır və hazırda regionlarda turizmin inkişaf proqramı gerçəkləşdirilir.
O, nazirliyin ölkə regionlarında keçirdiyi monitorinqlərə istinadən qeyd edib ki, “turizm sahəsində sanitar normalar, xidmət, eləcə də əməkdaşların hazırlıq səviyyəsi pis vəziyyətdədir. Lakin bu il Azərbaycan Turizm İnstitutunun ilk buraxılışı gözlənilir və yaxşı hazırlıqlı mütəxəssislər vəziyyəti düzəldə bilərlər”, - deyə Ə.Qarayev bildirib.
O, 6 otelin lisenziya almaq üçün ərizə verməsi barədə məlumat verərək qeyd edib ki, ötən il 40 otel bağlanıb. “Bu il hələlik belə hal müşahidə edilməyib. Lakin nazirliyə hətta turistlər tərəfindən də müraciət daxil olan kimi əməkdaşlarımız həmin yerə gedir və yaranmış vəziyyəti araşdırırlar. Hər hansı bir kobud pozuntu aşkar edildikdə biz ciddi tədbirlər görürük və bu, normal prosesdir”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, Bakıda dünyanın məşhur mehmanxana brendlərinin adı altında 5 otel inşa edilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət