“İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanov SOCAR şirkətinin fəxri fərmanına layiq görülüb. Bu barədə SOCAR şirkətinin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilib.
Fərmanın təqdim edilməsi mərasimi cümə günü SOCAR şirkətinin baş ofisində keçirilib.
Tədbiri giriş sözü ilə açan şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov A.İvanovun mənalı ömür yolundan danışıb və bildirib ki, onun peşəkar kadr kimi formalaşması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, A.İvanov 1972-ci ildən 1988-ci ilə qədər ümummilli lider Heydər Əliyevin yanında çalışıb. O, bu gün də öz əməli fəaliyyəti ilə Ulu öndərin irsinə, milli dövlətçiliyimizə və Azərbaycan xalqına sədaqətini nümayiş etdirir. X.Məmmədov bildirib ki, A. İvanov 2005-ci ildən etibarən “İnterfaks-Azərbaycan” informasiya agentliyinə rəhbərlik edir.
Onun rəhbərliyi dövründə agentlik yüksək nailiyyətlər qazanaraq, Azərbaycan dilində fəaliyyət göstərməyə başlamış, Naxçıvan, Gəncə, Lənkəran və Qəbələ rayonlarında agentliyin regional büroları açılıb və www.interfax.az saytı istifadəyə verilib. Ölkəmizin neft-qaz sənayesində baş verən yeniliklərin, əldə olunan nailiyyətlərin dəqiq və obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasında Aleksandr İvanovun müstəsna xidmətlər göstərdiyini xüsusi vurğulayan ARDNŞ-nin vitse-prezidenti X. Məmmədov qeyd etmişdir ki, bütün bunlar, eləcə də A. İvanovun 60 illik yubileyi nəzərə alınaraq o, Dövlət Neft Şirkətinin Fəxri fərmanı və pul mükafatına layiq görülüb. Daha sonra Xalik Məmmədov mükafatı Aleksandr İvanova təqdim etmişdir. “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin baş direktoru Aleksandr İvanov Azərbaycanda onun üçün və ümumiyyətlə mətbuat üçün yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyev cənablarına minnətdarlığını bildirib. O həmçinin, ARDNŞ-nin Fəxru fərmanına layiq görülməsini öz əməyinə verilən yüksək qiymət olduğunu qeyd etmiş və buna görə Şirkət prezidenti Rövnəq Abdullayevə təşəkkürünü ifadə edib. A. İvanov bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya yayılması, neft-qaz sektorunda qazanılan uğurların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində daha səmərəli fəaliyyət göstərcəyinə tədbir iştirakçılarını əmin edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət