Rusiya FHN meşə yanğınlarının söndürülməsində yardımla bağlı xaricdən təkliflər almaqda davam edir.
“Biz başqa dövlətlərdən çoxlu sayda təklif almışıq. Lakin hələlik biz onları ehtiyat kimi nəzərdən keçiririk. Biz görürük ki, dönüş başlayıb. Ancaq bunun nə qədər davam edəcəyini demək çətindir”, - deyə idarənin Beynəlxalq Fəaliyyət Departamentinin direktoru Yuri Brajnikov bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Latviya, Azərbaycan və Fransa köməklik göstərməyə hazırdır. Belə ki, Azərbaycan meşə yanğınlarının söndürülməsi üçün 120 nəfərdən ibarət dəstə göndərməyə hazırdır. Latviya tərəfi Rusiyaya yanğınsöndürənlər göndərməyi, Fransa isə öz təyyarələri ilə hava dəstəsini gücləndirməyi təklif edir.
“İndi Avropanın cənubunda yanğınlar başlayıb. Portuqaliyada yanğınsöndürənlər böyük gərginlikdə işləyirlər. Orada da təcili tədbirlər həyata keçirmək lazımdır. Avropanın bütün cənubunda yanğın təhlükəsi yaranır və hesab edirik ki, hazırda bizim optimal qüvvəmiz cəlb olunub, buna görə də başqa dövlətlərin təklif etdiyi köməyi hələlik ehtiyatda saxlayırıq”, - deyə direktor qeyd edib.
Onun sözlərinə görə, Avropa yaranan çətin vəziyyət səbəbindən Rusiya FHN təkliflərə Avropa miqyaslı böyük məsuliyyətlə yanaşacaq. “Biz çətin şəraitdə işləyən insanlara həmrəy olduqlarına görə minnətdarıq”, - deyə o söyləyib.
O qeyd edib ki, güclü daşqın olan Polşadan toplu dəstələr Rusiyada meşə yanğınlarını söndürməkdə kömək edir.
“Kiçik olmayan qüvvələr qrupu yaradılılıb. Onun əsası Rusiyanın həm hava, həm də quru qüvvələridir. Bu işə həmçinin yeddi xarici dəstə və 9 ədəd texnika cəlb edilib. Rusiyaya Ukrayna, Belarus, Ermənistan, Qazaxstan, həmçinin Polşa və Bolqarıstan köməklik göstərir”, - deyə Y.Brajnikov söyləyib.
Aviasiyadan danışaraq o bildirib ki, Ukraynadan 3 təyyarə, Belarusdan 1, Azərbaycan və Qazaxıstanın hər birindən 2 vertolyot gətirilib. “Aviasiya əsas zərbə istiqamətində təşkil edilmiş qaydada işləyir”, - deyə o söyləyib.
Y.Brajnikovun sözlərinə görə, vəziyyətin normallaşdığı rayonlardan olan xarici dəstələr daha çətin, problemli sahələrə keçirlər. O qeyd edib ki, Rusiya öz xarici həmkarlarını beynəlxalq sazişlərə müvafiq olaraq hər bir şeylə təmin edir: “Biz onlara bütün lazımi şərait yaradırıq, həmçinin ərzaq, yerləşmə, təyyarələrin yanacaqla doldurulması və s. ilə təmin edirik”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət