Azərbaycanda aparılan torpaq islahatlarının birinci mərhələsi başa çatıb. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədov bildirib.
“Torpaq islahatlarının birinci mərhələsi nəticəsində Azərbaycanda sovet dövründən qalan 2 min 42 təsərrüfat ləğv edilib, onların torpaq və əmlakı 3,5 mln. Azərbaycan vətəndaşına paylanıb“, - deyə Q.Məmmədov cümə günü Bakıda mətbuat konfransında qeyd edib.
Bununla yanaşı, komitə rəhbəri vurğulayıb ki, dövlət mülkiyyətində xüsusi dövlət əhəmiyyətinə malik 41 təsərrüfat saxlanılıb.
Q.Məmmədov həmçinin Azərbaycanın rəqəmsal xəritəsinin, Təhsil Nazirliyi, bələdiyyələrin ehtiyacları üçün xəritələrin, Müdafiə Nazirliyi və digər milli təhlükəsizlik strukturları üçün isə məxfi xəritələrin, eləcə də tarixi xəritələrin hazırlandığını deyib.
O bildirib ki, indiyə qədər başçılıq etdiyi komitə 7 min 104 torpaq qanunvericiliyi pozuntusu faktını üzə çıxarıb. Qanunu pozanlara qarşı 110 min manat məbləğində cərimə tətbiq olunub ki, bunun da 45 min manatdan çoxu ödənilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət