Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan və Ukraynanın kabel operatorları birlikləri Avrasiya Kabel Televiziyaları Assosiasiyası (AKTA) yaratmaq niyyətindədir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin müxbiri Azərbaycanda kabel televiziyasının inkişafına dair konfransdan xəbər verir.
Assosiasiyanın yaradılması haqqında niyyət memorandumunu cümə günü Bakıda Azərbaycan Kabel Operatorları Assosiasiyası, Rusiya Kabel Televiziyaları Assosiasiyası, Gürcüstan Kabel Şəbəkələri Telekommunikasiya İttifaqı, Qazaxıstan Teleradio Yayımları Milli Assosiasiyası, Türkiyənin TMB televiziya şirkəti, “Ukrteleset” Assosiasiyasının rəhbərləri imzalayıb.
AKTA-nın təsis konfransının 2011-ci ilin fevralında Moskvada keçirilməsi nəzərdə tutulub.
Memoranduma əsasən, "kabel operatorlarının sahə birlikləri tərəfindən belə assosiasiyanın yaradılması təşəbbüsü ölkələrin iqtisadiyyatının bu cür dinamik inkişaf edən sektorunda problemlərin oxşar olması ilə izah olunur".
Memorandumda həmçinin qeyd edilir ki, bu assosiasiyanın yaradılmasında məqsəd normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə qabaqcıl təcrübənin yayılmasıdır. Bundan başqa, AKTA iştirakçıları Avropa və Asiyanın vahid informasiya məkanının formalaşmasına kömək etmək niyyətindədir.
Azərbaycan Kabel Operatorları Assosiasiyasının rəhbəri Samir Qurbanov qeyd edib ki, MDB ölkələrində kabel televiziyası üzrə qanunvericilik bazasında böyük boşluqlar var. "Mən ümid edirəm ki, yaxın vaxtlarda assosiasiyaların sıx əməkdaşlığı ilə bu xidmətlərin sonrakı inkişafı üçün normal vəziyyət yaranacaq", - deyə o bildirib.
S.Qurbanovun sözlərinə görə, əsas problem ondan ibarətdir ki, hazırda bütün ölkələrdə televiziya rəqəmsal standartlara keçir, hərçənd ki, qanunvericilik analoq televiziyasına əsaslanıb. "Biz Azərbaycan Milli Televiziya və Radio Şurası ilə əməkdaşlıq edəcəyik və qanunvericilik bazasına əlavələr üçün öz təkliflərimizi verəcəyik", - deyə S.Qurbanov bildirib.
MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli qeyd edib ki, Azərbaycanda kabel televiziyası sektoru fəal inkişaf edir və bu sahədə 14 şirkət var. "Bizim ölkəmizin qanunvericiliyini Avropa standartları ilə uyğunlaşdırmaq lazımdır", - deyə o bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət