Azərbaycanda yaxın 2-3 il ərzində on beş Gənclər evi inşa ediləcək. Bu barədə ölkənin gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib.
“Bakı şəhərətrafı qəsəbələrin sosial inkişafı Dövlət proqramı çərçivəsində yaxın 2-3 il ərzində Azərbaycanın 10 və Bakının beş rayonunda Gənclər evləri inşa ediləcək”, - deyə İ.Babayev çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu evlərdə müxtəlif dərnəklər, İnternet-mərkəzlər və s. təşkil ediləcək. “Bu müəssisələrin layihələri artıq təsdiq edilib və tezliklə tikintiyə başlanılacaq”, - deyə o bildirib.
Nazir müavininin jurnalistlərlə söhbəti “Gənclər üçün Sosial Xidmət Müəssisələrinin Beynəlxalq Laboratoriyası” layihəsinin reallaşmasına həsr edilən tədbir çərçivəsində keçirilib.
Layihə MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə reallaşır, Azərbaycan Gənclər və İdman Nazirliyi təşkilati dəstək göstərir.
Layihənin məqsədi – göstərilən xidmətlərin keyfiyyət və spektrinin efektivliyinin və genişlənməsinin artmasına imkan yaradan gənclər üçün sosial xidmətlər mərkəzlərinin əməkdaşlıq platformasının yaradılmasıdır. Bu cür platforma MDB-ın ərazisində fəaliyyət göstərən sosial xidmətlərin informasiya, hüquq, metodoloji, kadr təminatında təcrübə mübadiləsi sayəsində formalaşır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət