Xocalıda anadan olan Zərifə Quliyeva Fransa və Ermənistanın prezidentlərinə müraciət edərək, onları Azərbaycanın bu yaşayış məntəqəsində erməni silahlı qüvvələrinin törətdiyi soyqırımı qəbul etmələrinin xahiş edib.
“Erməni döyüşçülərinin bu cinayətdə günahını qəbul edərək məhz sizing Xocalıda törədilən soyqırıma ədalətli qiymət verməniz düzgün olardı. Ümid edirəm ki, siz Xocalıda azərbaycanlıların soyqırımına lazımi və ədalətli qiymət verə biləcəksiniz”, - deyə 20 yaşlı Xocalı şəhər sakini Zərifə Quliyeva Fransanın prezidenti Nikola Sarkozi və Ermənistanın prezidenti Serj Sarqsyana açıq məktubunda qeyd edir.
“İnanmaq istərdim ki, siz və başçılıq etdiyiniz “Xalq hərəkatı uğrunda ittifaq” partiyası Xocalıda törədilən soyqırımının tanınması haqqında qanuna Fransa Senatında baxılması barədə təşəbbüs qaldıracaqsınız. Bununla siz Azərbaycanda haqqınızda yaranan fikri dəyişdirər və Fransadakı erməni diasporundan və erməni lobbisindən birbaşa asılı olmağınız barədə deyilənləri təkzib edərsiniz”, - deyə Z.Quliyeva N.Sarkoziyə məktubunda qeyd edir.
Z.Quliyeva S.Sarqsyana ünvanlanan məktubunda bildirir ki, Ermənistan prezidentinin iki qızı olduğu barədə məlumatı var. “Onlar – gələcəyin analarıdır. İndi isə, özünüz cavab verin və qızlarınızdan soruşun: erməni faşistlərinin Xocalıda məhv etdikləri 106 qadın və 63 uşağın günahı nə idi?! Özünüz cavab verin və qızlarınızdan xəbər alın – onlar öz yaxınlarına və əzizlərinə bu cür aqibət arzulayardılar?!”, - deyə Z.Quliyeva yazıb.
Onun fikrincə, S.Sarqsyanın Xocalı soyğırımını qəbul etməsi Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mühüm səhifə ola bilər. “Bu addım 20 il öncə Xocalıda soyqırım törədənlərin güllələdikləri ölkələrimiz və xalqlarımız arasında etimad mühiti yarada bilər”, - deyə o qeyd edir.
Bununla yanaşı, Z.Quliyeva məktublarında məlumat verir ki, 1992-ci il 26 fevral tarixində ermənilər Xocalıda soyqırım törədiblər. Müəllif qeyd edir ki, bu yaşayış məntəqisində “1992-ci il fevralın 26-da işğalçı erməni silahlı qüvvələri dəhşətli cinayət nəticəsində 613 nəfəri öldürüb, 1275-dən artıq insan - əsir götürülüb, 150 nəfər – itkin düşüb, 487 nəfər şikəst edilib və əlil olub. Bu insanların “günahı” yalnız onların azərbaycanlı olmaları olub”, - deyə Z.Quliyeva qeyd edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət