İrana qarşı sanksiyaların tətbiqinə görə Azərbaycan bu ölkə ilə əmtəə dövriyyəsində ciddi iqtisadi itkilərə məruz qalmayacaq. Bu barədə Bu barədə ölkənin sənaye və energetika naziri Natiq Əliyev çərşənbə günü Bakıda keçirilən Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun iclasından sonra jurnalistlərə bəyan edib.
“Irana qarşı iqtisadi sanksiyaların tətbiqi Azərbaycana bu ölkə ilə ticarət əməliyyatlarında ciddi zərər vurmayacaq. Bizim İranla mühüm əmtəə dövriyyəmiz yoxdur. Əsasən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının tələbatlarını təmin etməyə yönələn qaz və elektrik enerjisi üzrə svop əməliyyatları həyata keçiririk”,- deyə N.Əliyev bildirib.
Onun sözlərinə görə, Iranla digər ticarət əməliyyatlarına gəlincə, “onlar tərəflərə xüsusi gəlir gətirmir, buna görə İrana qarşı sanksiyaların tətbiqi bizim üçün ciddi itkilərə səbəb olmayacaq”.
Öncə bu il Aİ Tehrana təzyiq vasitəsi kimi nüvə proqramlarından imtina etməsi məqsədi ilə İran neftinin idxalının dayandırılması barədə qərar qəbul edib.
Qərb hesab edir ki, neft idxalından daxilolmaların azalması İranı hərbi yönümlü ola biləcək nüvə tədqiqatlarının maliyyələşdirilməsini azaltmağa vadar edəcək
İran sanksiyaların tətbiqinə cavab olaraq Yaxın Şərq neftinin mühüm nəqliyyat yolu olan Hörmüz boğazını bağlayacağı ilə hədələyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət